FACT-INFO.AZ » SİYASƏT » Almaniyanın “Behörden Spiegel” qəzeti Azərbaycandan yazıb
13-02-2021, 09:55 | SİYASƏT
Almaniyanın “Behörden Spiegel” qəzeti Azərbaycandan yazıb

Məqalənin əvvəlində Azərbaycanın ərazisi, əhalisi, coğrafi mövqeyi və s. barədə məlumat verilir. Qeyd olunur ki, Azərbaycan qədim mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda, habelə qədim İpək Yolunun mərkəzində yerləşir. Çoxsaylı mədəniyyətlərin beşiyi olan ölkə əsrarəngiz təbiətə malikdir. Azərbaycanı Almaniya ilə 200 illik ümumi tarix birləşdirir. XIX əsrin birinci yarısında Almaniyadan olan şvablar rus çarı II Katarinanın dəvəti ilə Qafqaza köçüblər və Azərbaycanda Helenfeld, Annenfeld, Qeorqsfeld kimi məskənlər salıblar. Buna görə Almaniya və Azərbaycan arasındakı ikitərəfli əlaqələr hələ qədimdən qarşılıqlı etimada, habelə siyasi, iqtisadi, mədəniyyət, idman, təhsil və səhiyyə sahələrindəki bərabərhüquqlu əməkdaşlığa əsaslanır.

Məqalədə Azərbaycan səfiri barədə məlumat verilir. Onun 1999-cu ildə ölkəmizin Almaniyadakı səfirliyində işlədiyi, 2016-cı ildən etibarən isə səfir kimi fəaliyyət göstərdiyi qeyd olunur.

Ramin Həsənovla müsahibəyə istinadən Azərbaycan-Almaniya münasibətləri barədə aşağıdakılar bildirilir: “Almaniya bizim vacib tərəfdaşımızdır, Azərbaycan isə Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olaraq Almaniyanın regiondakı ən mühüm tərəfdaşıdır. Biz, həmçinin ötən il Almaniyaya ən çox neft ixrac edən səkkizinci ölkə olmuşuq və AFR-i iqtisadiyyatımızın şaxələndirilməsi üçün əsas ölkələrdən biri kimi görürük”.

Müəllif iki ölkə arasındakı mədəni və humanitar əlaqələrin də əla səviyyədə olduğunu bildirir. Qeyd edir ki, alman dili Azərbaycanda sevilən və populyar xarici dildir. Səfir bu əsnada həmvətənlərinin Almaniyaya marağının böyük olduğunu və səfirlik olaraq bunu dəstəkləmək üçün əllərindən gələni etdiklərini bildirir. O qeyd edir ki, səfirlik üçün, həmçinin Almaniyanın müxtəlif regionları ilə də birbaşa əlaqələrin yaradılması və cəmiyyətlər arasındakı münasibətlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Müəllif məqalədə keçmiş Dağlıq Qarabağ münaqişəsinə də toxunur, Qarabağın beynəlxalq hüquqa görə Azərbaycana məxsus olduğunu vurğulayır. Səfir Həsənov münaqişə ilə bağlı bunları qeyd edir: “Sovet İttifaqının dağılmasından sonra Ermənistan ölkəmizə hücum edib, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 ətraf rayonunu işğal edərək orada etnik təmizləmə aparıb. İşğal Azərbaycan ərazisinin 20 faizini əhatə edib və ölkədəki hər 10 nəfərdən birini qaçqın və məcburi köçkün vəziyyətinə salıb. ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən bütün vasitəçilik səyləri və sülh danışıqları nəticəsiz qalıb. Ermənistan Azərbaycanın suveren ərazilərini işğal etməsini Dağlıq Qarabağda oyuncaq rejimin yaradılması ilə pərdələməyə və bu beynəlxalq hüquqa zidd olan hala xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə bəraət qazandırmağa çalışıb”.

Müəllif 30 illik münaqişənin ötən ilin payızında qızışdığını və bu müharibənin 1991-1994-cü illərdə baş verən müharibədən daha sürətli, 2016-cı ildə baş verən müharibədən isə daha müasir olduğunu qeyd edir. Vurğulanır ki, bu müharibədə dronlar düşmən hədəflərini müəyyən edib və məhv edib, eləcə də bunun dünyaya nümayiş etdirilməsi üçün videoqeydə alıb. Əlavə olunur ki, əsas etibarilə ermənilərin yaşadığı və Azərbaycana məxsus olan ərazidə baş verən Dağlıq Qarabağ münaqişəsi qədim olduğu qədər, tərəflər arasındakı düşmənçilik də qədimdir. Müəllif bildirir ki, Azərbaycanın uğurlu əks-hücumu nəticəsində məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il 10 noyabr tarixində atəşkəs imzalamağa məcbur oldu. Səfir 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat barədə ətraflı məlumat verib.

Müəllif bildirir ki, Azərbaycanın Almaniyadakı imici “pis xəbər yaxşı xəbərdir” və ya “normadan yayınma təsir mexanizmi kimi” qəbul olunmuş mətbuat tezislərinə görə daha çox mənfi hesab oluna bilər. Səfir bunun səbəbini aşağıdakı kimi izah edir: “Çox zaman Azərbaycanda bir dəfə belə səfərdə olmayan, lakin ölkəmiz barədə yazan və real mənzərə yaratdığını iddia edən jurnalistlərə rast gəlirik. Təəssüf ki, bu, bir çox hallarda ölkəmiz barədə birtərəfli məlumatların yayılmasına və sonradan düzəldilməsi çətin olan stereotiplərin yaranmasına səbəb olur. Tənqidi jurnalistikanın Almaniyada yüksək dəyərə malik olması bizə məlumdur. Amma tənqid obyektiv olmalı və faktlara əsaslanmalıdır. Biz obyektiv və əsaslı tənqid üçün həmişə açıq olmuşuq və indi də belədir. Azərbaycan çoxsaylı etnik qrupların, müxtəlif din və mədəniyyət nümayəndələrinin birgə, dinc və harmoniya şəraitində yaşadığı tolerant ölkədir”.

Müəllif qeyd edir ki, ərazidə müxtəlif millətlər, mentalitetlər və mədəniyyətlərin bir-biri ilə təması Azərbaycanı dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri edib. Səfir Həsənov aşağıdakıları bildirir: “Ölkəmin daha bir xarakterik xüsusiyyəti dünyəviliyə malik olmasıdır. 1918-ci ildə müsəlman Şərqində ilk respublika məhz Azərbaycanda qurulub. Qadınlara seçki hüququnun verilməsi bizim ölkəmizdə Almaniyadan bir neçə ay əvvəl baş verib. Həmçinin müsəlman dünyasındakı ilk opera və balet Azərbaycanda ərsəyə gəlib. Sovet İttifaqının dağılmasından sonra dünyəvi və demokratik dövlət quruluşuna sahib olmaq da Azərbaycanın öz strateji seçimi olub. 1991-ci ildə müstəqillik əldə etdikdən sonrakı ilk illərdə ölkəmiz bütün geosiyasi çağırışlara və təhdidlərə rəğmən çoxsaylı beynəlxalq əməkdaşlıq layihələrinin və ideyalarının təşəbbüskarı olub, özünü etibarlı tərəfdaş kimi sübut edə bilib. Buna Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyimiz töhfəni misal olaraq göstərmək olar. Enerji layihələrindən əldə olunan gəlirlər sərmayə qismində yenidən iqtisadiyyatımızın şaxələndirilməsinə, uğurlu şəkildə dövlətimizin tərəqqisinə, yeni texnologiyaların alınmasına və gənclərin inkişafına cəlb olunub”.

Jurnalist məqalədə səfirliyin koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ötən ilin martından etibarən tətbiq olunan səyahət məhdudlaşdırmalarının Azərbaycan vətəndaşları üçün yaratdığı çətinlikləri aradan qaldırmaqla da məşğul olduğunu qeyd edir. Səfir Həsənov səfirliyin ölkə vətəndaşlarının problemlərinin həlli istiqamətində həmişə əlçatan olmağa çalışdığını bildirir. Bu əsnada Azərbaycan vətəndaşlarının geri qaytarılmasını təmin etmək məqsədilə Almaniya dövlət orqanları ilə həyata keçirilən yüksək səviyyəli əməkdaşlığı minnətdarlıqla xatırladır. Müəllif bildirir ki, Azərbaycan hazırda COVID-19 pandemiyasına qarşı gərgin mübarizə aparır. Əgər pandemiyanın əvvəlində ölkədə 6 test laboratoriyası fəaliyyət göstərirdisə, indi onların sayı 40-a çatıb. Hökumət koronavirus pandemiyasının mənfi təsirlərinin qarşısını almaq üçün 2,5 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Səfir ölkə əhalisinin təqribən yarısının bu yardımlardan yararlandığını qeyd edir. Əlavə edir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunə adlandırıb. Daha sonra səfir bunları əlavə edir: “Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ÜST-yə 10 milyon ABŞ dolları məbləğində könüllü ianə edib və 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı həyata keçirib”.

Məqalədə səfir Həsənov Almaniyanın gözəl və rəngarəng ölkə olduğunu, burada səfir kimi fəaliyyət göstərdiyi müddətdə daim özü üçün yeniliklər aşkar etdiyini bildirir. Əlavə olunur ki, Almaniya dünyanın ən inkişaf etmiş elm, texnologiya və nou-xau mərkəzlərindən biri hesab olunur. Azərbaycan səfiri bildirir ki, son zamanlar Almaniyanın beynəlxalq səviyyədə üzərinə daha çox məsuliyyət götürdüyünü, beynəlxalq çağırışlarla daha fəal şəkildə məşğul olduğunu, çoxqütblülüyü təşviq edən aparıcı qüvvə kimi çıxış etdiyini müşahidə edir. Səfir Almaniyanın bu beynəlxalq səylərinin onun xarakteristikasının mühüm amilinə çevrildiyini vurğulayır. (Azərtac)




Baxış sayı: 1 318
Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031