FACT-INFO.AZ » XƏBƏR » “Nasionalnaya oborona” jurnalında “İkinci Qarabağ müharibəsi: Azərbaycan zəfər çaldı, Ermənistan təslim oldu” sərlövhəli məqalə dərc edilib
26-12-2020, 16:45 | XƏBƏR
“Nasionalnaya oborona” jurnalında “İkinci Qarabağ müharibəsi: Azərbaycan zəfər çaldı, Ermənistan təslim oldu” sərlövhəli məqalə dərc edilib

AZƏRTAC xəbər verir ki, müəllifləri Yevgeni Krutikov və Vladislav Listovski olan materialda Dağlıq Qarabağda 44 günlük silahlı münaqişənin erməni tərəfinin tam məğlubiyyəti və Nikol Paşinyanın faktiki kapitulyasiyası ilə başa çatmasından bəhs olunur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Döyüş əməliyyatlarının yekununa və imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, Ermənistan belə adlandırılan “təhlükəsizlik kəməri” (erməni qoşunları tərəfindən işğal edilən Azərbaycanın yeddi rayonu) və Dağlıq Qarabağ üzərində nəzarəti itirib. Hərbi uğursuzluqlar nəticəsində Ermənistanda kəskin siyasi böhran yaranıb.

Erməni tərəfinin məğlub olmasının səbəblərini təhlil edən müəlliflər yazır ki, qondarma “DQR”də və Ermənistanın özündə ermənilər psixoloji səviyyədə 1994-cü ilin qələbəsi barədə xatirələrə arxayın idilər. 2020-ci il üçün olan vəziyyətə görə Azərbaycan Ordusunun həm sayca, həm də keyfiyyətcə aşkar üstünlüyünə baxmayaraq, Xankəndidə və Yerevanda “biz o vaxt qələbə qazandıq, indi də Bakıyadək gedib çıxacağıq” kimi xülyalarla yaşayırdılar.

Məqalədə qeyd olunur ki, indiki müharibədə Ermənistanın məğlubiyyət səbəbləri strategiya, kəşfiyyat və qismən də psixologiya məsələlərinə əsaslanır. Ermənistanın müharibəyə tamamilə hazırlıqsız vəziyyətdə olması ortaya çıxdı. Hərbi əməliyyatların artıq beşinci günündə Yerevanda etiraf etdilər ki, döyüşməkdən imtina edən 1500 erməni hərbi qulluqçu fərarilik edib. Müharibənin sonuna yaxın erməni fərarilərinin sayı artıq 10 min nəfərə bərabər idi. Özü də bütün səhvlərin bir hissəsi təkcə Paşinyan hakimiyyəti dövrünə deyil, həm də onun sələfləri – Robert Koçaryan və Serj Sarkisyan dövrünə də aid edilir. Lakin etiraf etmək lazımdır ki, məhz Nikol Paşinyan Azərbaycanı həmişə təhrik edərək, müharibənin reallığa çevrilməsi üçün əlindən gələni etdi.

Məqalədə vurğulanır ki, qondarma “DQR”in hava hücumuna qarşı müdafiə sistemi İsrail və Türkiyə istehsalı olan yüzlərə dronun qarşısında effektli müqavimət göstərə bilmədi. Erməni ordusu qarşı tərəfin zərbə pilotsuz uçuş aparatlarının və hava patrulu xidməti üçün silah-sursatın təsirindən quruda ağır itkilərə məruz qaldı. Həm də azərbaycanlılar ermənilərin hava hücumuna qarşı müdafiə sistemi mövqelərinə raket və uzaqvuran artilleriya silahlarından məqsədyönlü şəkildə zərbələr endirirdilər.

Məqalədə qeyd olunur ki, Azərbaycan Ordusu səhra zonasında uğurla irəliləyəndən sonra ümumi potensialını qoruyub saxlamışdı. Bakıda güman edirdilər ki, ermənilərin ehtiyatları tükənib, onların səfərbərlik planı pozulub. Bununla belə, düşmənin silah-sursat anbarlarını uğurla məhv edən artilleriya resursu düzgün şəkildə istifadə olunurdu. Bu, erməni tərəfinin ehtiyatının azalması və onların müdafiə potensialının böhran dərəcəsində zəifləməsi ilə nəticələndi.

Müəlliflər yazırlar: “Yerevan bu müharibədə faktiki olaraq uduzmasını artıq başa düşəndə Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə gecə saatlarında bir neçə raket zərbəsi endirildi. “Toçka-U” və “Elbrus” operativ-taktiki raket komplekslərindən istifadə olunmaqla endirilən raket hücumlarına, əsasən, Gəncə (Azərbaycanın ikinci böyük şəhəri) və Mingəçevir məruz qaldı. Bu, Azərbaycanı analoji hərbi cavaba təhrik etmək, sonra isə “təcavüz qurbanı” qismində kömək üçün Rusiya və KTMT-yə müraciət etmək məqsədi daşıyırdı. Lakin bu taktika Ermənistana uğur gətirmədi, Bakıda bəyan etdilər ki, onlar Ermənistan şəhərlərinə hücum etməyəcək və düşmənlə döyüş meydanında savaşacaqlar”.




Baxış sayı: 1 153
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30