FACT-INFO.AZ » XƏBƏR » Fransanın “Le Monde” qəzeti ermənilərin Kəlbəcərdə törətdikləri dağıntılardan yazır
25-12-2020, 15:40 | XƏBƏR
Fransanın “Le Monde” qəzeti ermənilərin Kəlbəcərdə törətdikləri dağıntılardan yazır

Müəllif Pol Tavinyon məqalədə Kəlbəcər sakinlərinin fikirlərinə yer verərək bildirir ki, hazırda bu insanlar iki ziddiyyətli duyğu yaşayırlar. Bir tərəfdən onlar azad edilmiş rayonlarına qayıtmaq üçün çox sevinirlər, digər tərəfdən isə ermənilərin 30 ilə yaxın işğal müddətdə törətdikləri dağıntıları, geridə qoyduqları xarabalıqları görəndə qəzəblənirlər. Bununla yanaşı, onlar hər şeyin yaxşı olacağına inanırlar.

Kəlbəcərin tamamilə darmadağın edildiyi diqqətə çatdırılan məqalədə qeyd edilir ki, yolboyu Azərbaycan kəndlərinin xarabalıqları, eləcə də ermənilərin buraları tərk edərkən yandırdıqları damsız evləri görmək olar. Yol boyunca dağıdılmış, partladılmış elektrik stansiyaları da görünür. Bəzi körpülər də tamamilə dağıdılıb.

Jurnalist Kəlbəcər sakininə istinadla yazır ki, Azərbaycan ermənilərə Kəlbəcəri tərk etmək üçün 10 gün əlavə vaxt verdi. Onlar isə bu vaxtdan torpaqları yandırmaq, evləri dağıtmaq, əraziləri minalamaq üçün istifadə etdilər. Ancaq 1993-cü ildə ermənilər azərbaycanlılara Kəlbəcəri tərk etmək üçün bir neçə saat vaxt vermişdilər. Həmin vaxt on minlərlə azərbaycanlı bombardmanlar altında Murovdağ vasitəsilə qaçıb canını qurtarmaq məcburiyyətində qaldı. Çoxlu sayda qadın və qoca yollarda soyuqdan öldü.

Jurnalist Kəlbəcər rayonunun işğal altında qaldığı müddətdə tamamilə dağıdıldığını vurğulayır. O yazır ki, burada heç bir tərəqqi əlaməti yoxdur. Xarabalıqlar arasında yenicə yandırılmış evlər nəzərə çarpır.

Qeyd edilir ki, işğal illərində Kəlbəcərdə başqa yerlərdən qeyri-qanuni şəkildə gətirilmiş ermənilər məskunlaşdırılıb.

Müəllif vurğulayır ki, Kəlbəcərə gələn sakinlərdən biri faciəvi şəkildə evlərini tərk edən zaman götürdüyü və 30 ildir saxladığı evinin açarlarını göstərir. Ancaq evin nə pəncərəsi, nə qapısı, nə də damı qalıb.




Baxış sayı: 825
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30