FACT-INFO.AZ » SİYASƏT » Əcnəbi media erməni təcavüzünün tarixi, ölkəmizə qarşı terror siyasəti və əldə olunmuş atəşkəs bəyanatından yazıb
9-12-2020, 08:45 | SİYASƏT
Əcnəbi media erməni təcavüzünün tarixi, ölkəmizə qarşı terror siyasəti və əldə olunmuş atəşkəs bəyanatından yazıb

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibədə səfir ermənilərin XIX əsrdə Qafqaza və Azərbaycan xanlıqları ərazisinə kütləvi köçürülməsi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqlar formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Bildirib ki, Ermənistanın qeyd olunan təcavüzünün qarşısını almaq, mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa, eləcə də BMT TŞ-nin sənədlərinə uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirməyə başlamış, bu çərçivədə Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa şəhərlərini, 300-dəm çox kənd və qəsəbəni və bir sıra strateji yüksəkliləri işğaldan azad etmişdir.

44 günlük müharibə dövründə dəfələrlə əldə olunmuş humanitar atəşkəsin ardından Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə Ermənistan tərəfindən artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistanın törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunan addımların beynəlxalq humanitar hüququn kəskin şəkildə pozulması və Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

Hərbi əməliyyatlara Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsinə dair suala münasibətdə bunun erməni təbliğat maşının növbəti saxta məlumatı olduğunu və münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədi güdüldüyünü deyən təmsilçimiz, Azərbaycan ordusunun şəxsi heyətin sayı, qabaqcıl texnologiya ilə təchizat, silahlanma və hazırlıq səviyyəsi baxımından dünyanın ən güclü orduları sırasında yer aldığını, anti-terrorizm əməliyyatlarında iştirakının beynəlxalq koalisiyalar tərəfindən daim təqdir edildiyini, bu səbəbdən də hansısa qeyri-nizami silahlı qruplaşmalara ehtiyac duyduğu iddiasının anlamsız olduğunu bildirib. Bununla yanaşı, səfir Ermənistanın özünün döyüşlərə Suriya, Livan, İraq kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumat yer aldığını, habelə Ermənistanın ASALA, Daşnaksütun kimi 20-ə yaxın terrorçu təşkilata malik azsaylı ölkələrdən biri olduğunu qeyd edib.

10 noyabrda əldə olunmuş atəşkəs razılaşması barədə danışan təmsilçimiz, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş digər rayonlarından da çıxarıldığını, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilildiyini, razılaşmanın şərtlərin əməl edilməsinə nəzarət prosesində Türkiyənin də yaxından iştirak edəcəyini, habelə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz torpaqlarından qovulmuş 1 milyona yaxın soydaşımızın irəlidəki vaxtlarda öz yurdlarına qayıdacağını bildirib.

Sonda regionun gələcəyi və barışıq imkanları ilə bağlı suala münasibətdə Azərbaycanın çoxmədəniyyətli və 40-a yaxın müxtəlif millət və inanclardan olan insanların, o cümlədən ermənilərin birgə sülh şəraitində yaşadığı yer olduğunu, bu xüsusda Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığını deyən səfir, azərbaycanlı əhalinin öz evlərinə ləyaqətli şəkildə qayıdışının təmin edilməsindən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının da azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini bildirib.




Baxış sayı: 909
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30