FACT-INFO.AZ » XƏBƏR » Zahid Oruc: İşğaldan azad edilmiş torpaqlarımızla bağlı yeni yaradıcı yanaşmalar var
12-11-2020, 17:25 | XƏBƏR
Zahid Oruc: İşğaldan azad edilmiş torpaqlarımızla bağlı yeni yaradıcı yanaşmalar var

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Qarabağa böyük qayıdış” adlı brifinqdə bildirib.

Qeyd edilib ki, bunlarla yanaşı, Qarabağda Dövlət Universitetinin, Azad İqtisadi Zonanın yaradılması, “Qarabağı yenidən quraq”, “Min ağ dam” adlı layihələrin həyata keçirilməsi, Qarabağda son 100 il ərzində qəhrəmanlıq göstərmiş şəxslərin büstlərinin qoyulması, işğaldan azad edilmiş zirvələrdə azadlıq məşəllərinin yaradılması ilə bağlı təkliflər var. Xankəndidə Beynəlxalq Transplantasiya Mərkəzinin yaradılması, Xocalıdan Kahramanmaraşa və Təbrizə aviareysin açılması, Kəlbəcər Qış-Turizm Mərkəzinin qurulması, Qarabağda Azərbaycan, Türkiyə və İsrail ilə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər də verilib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən başlayan və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə sülhə məcburetmə xarakteri daşıyan müharibə, onun nəticələri ilə bağlı gözləntilər, məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planının, ermənilərə və onlarla birgəyaşayışa münasibəti və son olaraq, müharibə şəraitində Azərbaycan Ordusu və dövlətinin xalqla birliyinə münasibəti öyrənmək məqsədilə məcburi köçkünlərlə sorğu keçirilib. Sorğunun yekunlarının təhlili zamanı, müharibədə qələbəmizin ən böyük təminatçısı xalq-Ali Baş Komandan, eləcə də xalq-ordu birliyinin daha da gücləndiyinin qeyd olunmasıdır. Bütün sosial-siyasi və ideoloji ayrılıqların bir kənara qoyularaq, düşmən qarşısında birlik və vahidliyinin göstərilməsi ön cəbhədə-döyüş meydanlarında qazanılan qələbələri daha da möhkəmləndirir, Ermənistanın müxtəlif platformalarda apardığı mənəvi-psixoloji, həmçinin informativ və diplomatik savaşına silahsız ordu kimi zərbə vurmağa, təşəbbüskar mövqeyimizi və haqq işimiz dünyaya çatdırmağa imkan verir. Müharibədə qələbəyə etibarlı təminat yaradan iqtisadi müstəqillik və çoxşaxəli siyasət, milli birlik və həmrəyliyin görünməmiş səviyyədə yüksək olması, eləcə də döyüş meydanlarında düşmənə qarşı qətiyyətlə vuruşan Silahlı Qüvvələrin formalaşdırılması nəticəsində Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsi məcburi köçkün əhalinin prezident, Ali Baş Komandan İlham Əliyevə dərin inamının, möhkəm mənəvi bağlılığının və haqq işinə verdikləri misilsiz töhfənin əsasında dayanan ən önəmli amildir. Eyni zamanda, sorğunun nəticələri onu deməyə əsas verir ki, Azərbaycan rəhbərinin nüfuzu nəinki XXI əsr müasir idarəçilik tariximizin, eləcə də çoxəsrlik milli dövlətçilik keçmişimizin liderləri sırasında ən yüksək yerdədir.

Qeyd olunub ki, 30 il əvvəl Qarabağda azərbaycanlıları etnik təmizləməyə məruz qoyan təcavüzkar Ermənistanın işğalçılıq siyasəti bölgənin erməni əhalisinə qarşı da demoqrafik soyqırımı ilə nəticələnib. Ermənistanda demoqrafik çöküşün yaşanması BMT səviyyəsində bəyan edilib. BMT-nin hesablamalarına görə, Ermənistan əhalisi hər il 8 min nəfər azalma tendensiyasına malikdir.

Sovet dövründə Azərbaycan və Ermənistan əhalisi bənzər templərlə artsa da, 1993-cü ildən bəri vəziyyət dəyişib. Azərbaycan əhalisi hər il 1-2,5 faiz artmağa davam edərkən, Ermənistan əhalisi separatçı rejim dövründə, 1993-1995-ci illərdən başlayaraq hər il 3 faiz azalan dinamika üzrə davam edib, demoqrafik disbalans artıb, gənclərın sayı sürətlə azalmağa başlayıb. 1993-cü ildə Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikası”nın əhalisi 3,6 milyon (Azərbaycanda 7,44 milyon), 2000-ci ildə 3,37 milyon (Azərbaycanda 8 milyon), 2014-cü ildə 3,15 milyon (Azərbaycanda 9,5 milyon) olub. BMT-nin hesablamarına görə, vəziyyətin bu cür davam edəcəyi halda, Ermənistan əhalisinin 2030-cu ildə 3 milyona, 2100-cü ildə 1 milyona düşəcəyi proqnozlaşdırılır. Demoqrafik problemlər üzrə müzakirələrdə bəzi tədqiqatçılar erməni əhalisinin sayının davamlı azalmasının başlıca səbəbini Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, xaricə miqrasiyanın səbəbini isə gec-tez hərbi əməliyyatların baş verəcəyindən qorxusu ilə əlaqələndiriblər.

Qarabağda 30 illik işğalın demoqrafik nəticəsi Ermənistanın işğalçılıq siyasətində daha bir cinayətin-demoqrafik cinayətin tam sübutuna çevrilib. Bölgədə etnik müxtəlifliyin məhv edilməsi, əhali artımının çökməsi, münaqişənin həllində maraqlı olmaması ilə Ermənistanın işğalçı rəhbərliyi Qarabağda erməni xalqını “demoqrafik soyqırımı”na məruz qoyub. Ermənistanın etnik təmizləmə siyasəti yalnız Azərbaycan əhalisinin deyil, həm də Qarabağın erməni icmasının bölgədən tədricən yox olmasının əsasını qoyub. Vəziyyəti düzəltmək məqsədilə Dağlıq Qarabağ və ətraf rayonlara Ermənistandan (94 faiz), Rusiyadan (4,2 faiz) qanunsuz köçürmələr edilsə də, demoqrafik vəziyyət bərpa olunmayıb. Həmçinin bu dövr ərzində qondarma rejim tərəfindən 30 minədək erməni qaçqının məskunlaşdırılmasına, Zəngilanda İraq ermənilərinin, Cəbrayılda İraq/Suriya ermənilərinin yerləşdirilməsinə 1 milyon dollara yaxın vəsait ayrılmasına baxmayaraq, öz doğma torpaqlarından qovulan soydaşlarımızın nə fəaliyyətini kompensasiya etmək, nə də erməni icmasının “nəslinin tədricən yoxa çıxması”nın qarşısını almaq mümkün olmayıb. Bu, birmənalıdır ki, Ermənistan əhalisi həm davam edən miqrasiya, həm də artım tempinin demək olar dayandığı şəraitdə davamlı surətdə azalır. Bunlar öz növbəsində Azərbaycanın Qarabağın azadlığı uğrunda müharibəsinin həm də bölgənin demoqrafik qurtuluşuna xidmət etməsini, 1 milyona yaxın qaçqın və məcburi köçkün əhalinin öz doğma torpaqlarına qaytarılmasının təxirəsalınmaz məsələ olduğunu göstərir.




Baxış sayı: 1 042
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30