FACT-INFO.AZ » İQTİSADİYYAT » Kiber hücumlar üçün düşmənin əlində alət olmaq istəmirsinizsə, bunlara əməl edin - Ekspert məsləhəti
2-11-2020, 08:05 | İQTİSADİYYAT
Kiber hücumlar üçün düşmənin əlində alət olmaq istəmirsinizsə, bunlara əməl edin - Ekspert məsləhəti

Nəzərə almaq lazımdır ki, Ermənistan torpaqlarımızın işğaldan azad olması üçün müharibə aparan Azərbaycana qarşı yalnız səngərdə mübarizə aparmır. Əlinə düşən istənilən fürsəti dəyərləndirməyə çalışan düşmən dövlət ölkəmizlə informasiya müharibəsi də aparır. Bu halda isə onlar üçün ən əsas alət internet məkanının qaydalarına bələd olmayan və onlardan kor-koranə istifadə edən internet istifadəçilər ola bilərlər.

Azərbaycanda müharibənin aparıldığı bir zamanda da istifadəçilər məhz belə qurbana çevrilməmək üçün mütləq şəkildə bir çox qaydalara əməl etməlidirlər.

Kibertəhlükəsizlik üzrə mühəndis Bəhruz İbrahimov Trend-ə açıqlamasında bildirib ki, kiber hücumların əsas məqsədi yanlış məlumatlar yaymaqla vətəndaşlarımız arasında çaxnaşma yaratmaq, istifadəçilərə məxsus şəxsi məlumatları - email, ad, soyad, ünvan, şəkil, şifrə, telefon nömrəsi və sair əldə etmək və onlara müdaxilə etmək, daha sonra isə əldə edilmiş bu məlumatlar əsasında daha unikal hücumlar edə bilməkdir. Digər məqsədlər isə istifadəçilərə məxsus cihazlara zərərli tətbiqi yükləməklə həmin cihazı uzaqdan idarə oluna bilən zombi-bota çevirmək, istifadəçinin cihazında olan məlumatları silmək, dəyişdirmək, şifrələmək və ya məlumatları 3-cü tərəfə ötürmək, istifadəçiyə məxsus bank kartları məlumatını əldə edərək istifadəçi kartında gizli müdaxilə etmək, gizli formada istifadəçiyə məxsus və yayılmasına narahat olacağı məlumatları əldə etdikdən sonra şantaj üsulu ilə istifadəçini uzaqdan məcburi idarə etməkdir.

Ekspert bildirib ki, bu hücumlardan qorunmaq üçün mənbəyi məlum olmayan naməlum tətbiqlərdən istifadə etməmək, mümkün qədər istifadəçiyə məlum olmayan wi-fi şəbəkələrə qoşulmamaq, bəzi xüsusi tətbiqləri istifadə edə bilmək üçün mobil cihazları root və ya jail-break etməmək, sosial şəbəkələrə qoşula bilmək üçün naməlum VPN-lərdən istifadə etməmək, naməlum şəxslərdən gələn emaillərə daha diqqətli yanaşmaq və əmin olmadığınız emaildə göstərilənləri icra etməməkdir. Bunlarla yanaşı, xüsusi rəsmi antivirus və firewall (Təhlükəsizlik divarı) tətbiqlərindən istifadə etmək, müxtəlif saytlar və sosial şəbəkələr və email servisləri üçün eyni parolu istifadə etməmək, mümkün bütün servislərdə iki mərhələli təhlükəsizlik giriş (MFA) funksionallığından istifadə etmək lazımdır:

"Sizə məxsus fərdi və maliyyə məlumatları (Şəxsiyyə vəsiqəsi məlumatları , Bank kartı və bank hesabı nömrələrəi) sorğulayan naməlum email və sms-lərə cavab verməyin. Şifrələrinizi heç bir halda nə kağız nə də elektron formada yazaraq saxlamayın. Şifrələri yalnız yaddaşımızda saxlamalıyıq".

B.İbrahimov əlavə edib ki, əgər kiber hadisələr baş veribsə, əvvəlcə daha təhlükəsiz olan digər cihazdan mümkün bütün internet hesablarına daxil olaraq giriş məlumatları dəyişdirmək lazımdır. Yoluxmuş cihazı internetdən ayırmaq və sonülü saxlamaq tövsiyə edilir. Kiber hadisələrin araşdırması zamanı cihaz işlək vəziyyətdə olmadıqda daha çox izlər əldə etmək olur. İstifadəyə davam edildiyi zaman vacib ola biləcək məlumatların bir qismi itirilmiş ola bilər. Araşdırılması və tədbir görülməsi üçün profesional şəxs və ya şirkətlərin xidmətlərindən istifadə edərək cihazın və fərdi məlumatlarınızın gələcək təhlükəsizliyini təmin etmək mümkündür. Baş vermiş hadisə xüsusi təhlükəli vəziyyət yaradırsa, mütləq vaxt itirmədən hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır. Bununla yanaşı, özünüzün informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarınızı da daim artırmağa çalışın".




Baxış sayı: 844
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30