FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub
28-10-2020, 08:55 | TƏDQİQATLAR-ANALITIKA
Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub

Bunu Trend-ə Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı deyib.

Onun sözlərinə görə, erməni kilsəsi son 200 ilə yaxın dövrdə daim terroru təşviq etməklə, terrorçuları himayə etməklə, kilsələrin və məktəblərin zirzəmisini silah və sursat anbarına çevirməklə, qadınları və uşaqları qan tökməyə sövq etməklə, islam və iudaizm dinlərinə böhtan ataraq gözdən salmağa çalışmaqla sülh və birgə yaşayış dini olan xristianlığa və xristianlara ləkə vurub.

Buna dair istənilən qədər rəsmi sənədlərin olduğunu nəzərə çatdıran M.Qasımlı qeyd edib ki, çarizm və sovet dövrlərinə aid olan bir neçə sənəd və fakt real mənzərəni aydın şəkildə göstərir:

"Məsələn, çarizm jandarma sənədlərində yazılırdı ki, katolikos sülh yaratmaqdan çox uzaqdır. 1906-cı il 7 oktyabr tarixli 707 saylı məxfi məktubunda Eçmiadzindən prokuror Frenkel Qafqaz canişini dəftərxanasının direktoruna yazırdı: ”Arximandrit Abram Qasparyan Daşnaksütyunun fəal üzvlərindən biridir...” Tiflis quberniya jandarma idarəsinin rəisi 1910- cu il 5 may tarixli məxfi məktubunda Qafqaz canişininin mülki işlər üzrə köməkçisinə yazırdı: “Hazırda erməni sinodunun üzvlərinin çoxu daşnaklardır. Katolikos daşnakların əlindədir, ikiüzlüdür. Kilsə üzərində nəzarət etmək üçün daşnakların nümayəndəsi kilsədə oturur”. Bu ənənə sovet dövründə də davam etdirilib".

M.Qasımlı əlavə edib ki, sovet xarici kəşfiyyatının məlumatlarında İkinci dünya müharibəsi ərəfəsində və illərində İran ərazisindəki erməni kilsələrinin və məktəblərinin zirzəmilərində çoxlu silah və sursat saxlanıldığı yazılırdı. Eyni zamanda qeyd edilirdi ki, Cənubi Azərbaycan Culfasından 30 km aralıda - Araz çayının sahilində yerləşən Daraşan monastırında pulemyot, 600 ədəd Mauzer tipli tapança saxlanılır, keşiş əlavə olaraq 5 min Mauzer və 3 min Naqan tipli tapança alınması üçün göstəriş vermişdir:

"Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra Eçmiadzinin mövqeyinə dair bir sənəd xüsusi maraq doğurur. Sumqayıt hadisəsindən sonra Bakıdakl erməni kilsəsinin dyakonu S. S. Davtyan 1988- ci il martın 8-10-da Eçmiadzində olmuş, katolikos I Vazgenlə və digər şəxslərlə görüşmüşdü. Katolikos ondan soruşmuşdu ki, Bakı erməniləri Dağlıq Qarabağ məsələsində nə üçün bitərəf mövqe tuturlar? Davtyan cavabında demişdi ki, şəraiti gərginləşdirmək istəmirlər, çünki vəziyyətlərinə pis təsir edər. Katolikos əsəbi halda Davtyana demişdi: “Onlar böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar. Burada qorxulu heç nə yoxdur, Bakı ermənilərini qurban vermək olar”. Bu sözlərin nəticəsi məlumdur. 1990-cı ilin sonlarında erməni kilsəsi Bakıdakı ermənilərə qarşı təxribatların təşkilatçısı oldu. Ona görə də indi ermənilərin katolikosu 2-ci Qaregin tərəfindən belə bir bəyanatın səsləndirilməsi təbiidir. Bu, bir daha təsdiq edir ki, erməni kilsəsi və din adamları hərəkətləri ilə xristianlığa ağır zərbə vururlar”.




Baxış sayı: 869
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30