FACT-INFO.AZ » SİYASƏT » Makron Fransanın deyil, Ermənistanın prezidenti kimi danışır
3-10-2020, 08:40 | SİYASƏT
Makron Fransanın deyil, Ermənistanın prezidenti kimi danışır

Bu, nəinki vasitəçilik missiyası, sülhyaratma meyli, ədalətli nizamlama axtarışıdır, əksinə, işğalçını açıq-açığına müdafiə etməkdir. Hətta, vasitəçilik missiyası olmasaydı belə, bir Avropa ölkəsinin beynəlxalq hüququn elementar prinsiplərindən uzaq davranması təəssüf doğurur və qəbul edilməzdir. Fransa dövlətinin başçısı bilməlidir ki, onun qəbuledilməz, ədalətsiz açıqlamaları mənfi presedent yaradır və heç kəs zəmanət verə bilməz ki, gələcəkdə Farnsa və ya bir başqa dövlət də bu mənfi presedentin acısını yaşamayacaq. Şarl de Qollun öz silahdaşları, o cümlədən Azərbaycanlı Əhmədiyyə Cəbrayılovla birgə Fransanın suverenliyinin bərpası və azadlıq uğrunda apardığı mübarizə çox da uzaq tarixdə baş verməyib; Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözü ilə desək, tarix bilgisi zəif olan Makron, tarix bilgisini təkmilləşdirsə, öz böyük sələfinin örnəyini yada salsa, pis olmazdı.

Bütün bu ümumi hallarla yanaşı, əlbəttə, faktiki olaraq, vasitəçilik missiyası etibar edilmiş Fransa dövləti və onun Prezidenti, tərəflərindən birinə açıq, birmənalı dəstək verirsə, dövlət (dövlətçilik) ləyaqəti, siyasi mədəniyyət göstərərək, vasitəçilikdən çəkildiyini bəyan etməlidir.

Çünki tərəflərə yanaşmada balansı pozmaq, bunu, hətta nümayişkaranə pozmaq heç bir vasitəçiyə baş ucalığı gətirməz, onun tarixinə qara ləkə olaraq düşər. – Coğrafi ortamdan, Avropadakı böyük tarixi olaylardan təsirlənən mədəni irsə, Viktor Hüqo kimi böyük ədəbi irsə malik ölkəyə başçılıq edən Emmanüel Makron, hazırda məhz bu səbatsız yolu tutmaqdadır...

Biz başa düşürük ki, Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, Fransada qarşıdan gələn seçkilərlə də sıx bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Açıq demək gərəkirsə, Makron bugün Ermənistanla Azərbaycan arasında ədalətli nizamlanma üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. O, Güney Qafqazda barış uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır.

Makron unutmamalıdır ki, növbəti seçkiləri ali maraq kimi güdmək peşəkar dövlət xadiminə xas davranış sayıla bilməz; bu, yalnız cari siyasi maraqların əsiri olan ortaçaplı siyasətçininn davranışı ola bilər.

Fransa Prezidentinin dini-ideoloji və digər “səbəb”ləri önplana keçirərək, erməni seçicilərini, ermənilərin əsilsiz təbliğatının təsiri altına düşmüş bəzi seçiciləri düşünməsini səbatlı hal saymasaq da, xatırlatmaq istərdik ki, Fransada yalnız ermənilər yaşamır, çoxsaylı müsəlman seçicilər də yaşayır. Biz, Fransanın seçicilərinə bu dövlətin müsəlman ölkələrinə tarixi münasibətsizliyini – elə ötən yüzillikdə Əlcəzairə, çağdaş dönəmdə Liviya və b. ölkələrə istismarçı yanaşmasını, bunun nəticəsində, milyonlarla günahsız insanın öldürülməsini, ölkələrin talan olunmasını xatırlatmaq məqsədində deyilik. Biz, insanlara dini, milli və digər kateqoriyalarla yanaşılmasını deyil, məhz haqlı, ədalətli və hüquqa əsaslanan münasibəti düzgün sayırıq.

Ermənistan-Azərbaycan müharibəsinin tarixcəsinə bələd olmaq, kimin haqlı, kimin haqsız olduğunu, işğalçılığa heç bir hüquqi don geyindərməyin mümkünsüzlüyünü bilmək vasitəçi dövlətin mənəvi və hüquqi borcu sayılamlıdır. O zaman, Makron zəhmət çəkib, Ermənistanla Azərbaycan arasında baş verənlərə Fransanın iç məsələsini, öz siyasi çıxarlarını deyil, beynəlxalq hüququ şamil etməlidir.

Bu bir gerçəklikdir ki Makronun davranış və açıqlamaları onun Qərbi Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik olmadığını göstərir. Biz buna təəssüf edirik. Təəssüf edirik, etiraz edirik ki, aşağı səviyyəli sarı mətbuatın yaydığı saxta xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir.

Sonda daha bir neçə məqama toxunaq.

Müstəqil Azərbaycan dövlətinin Fransa ilə dostluq münasibətləri yüksək səviyyədə olub. -Ölkəmizdə fransızdilli orta və ali məktəb var;

Fransa şirkətləri Azərbaycandakı neft müqaviələrinin iştirakçısı olub;

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Prezident kimi ilk xarici səfərini məhz Fransaya edib;

cənab İlham Əliyev də 2003-də ilk xarici səfərini Fransaya edib;

bugün də, Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak edir.

Bütün bu və bu qəbildən olan hadisələr fonunda, Makron hökumətinin tutduğu mövqenin (daha doğrusu, mövqesizliyin, mahiyyətsiz davranışın) təəssüf doğurduğunu bir daha vurğulayır, bunun ilk növbədə, Fransanın maraqlarına zidd olduğunu demək istərdim. Belə getsə, gələcəkdə heç bir ölkə Fransa kimi bir vasitəçiyə etibar etməyəcək. – Demək, Makron yalnız Fransanın bugünkü imicinə deyil, gələcəyinə də zərbə vurmaqdadır...

Qənirə Paşayeva,

Milli Məclisin deputatı




Baxış sayı: 919
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30