FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə” kitabı
12-03-2016, 09:25 | MƏDƏNİYYƏT
“Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə” kitabı

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu dövlətin siyasi elitasına daxil olan şəxslərin xaricdə milli-azadlıq və dövlət müstəqilliyinin bərpası uğrundakı ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonrakı dövrdə, həmişə diqqət mərkəzində olsa da tariximizin bu səhifəsi nisbətən az öyrənilib.

Bu günlərdə TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatda nəşr edilən “Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə” adlı kitab bu boşluğu doldurmaq baxımından müstəsna əhəmiyyətə malikdir.

Kitabın həmmüəllifləri tanınmış azərbaycanlı diplomat və ictimai xadim Ramiz Abutalıbov və gürcü tarixçisi Georgi Mamuliyadır.

Kitab elmi ictimaiyyətin üzünə bu günə qədər də qapalı olan qiymətli arxiv materialları əsasında yazılıb. Bu fundamental əsər Azərbaycan sovet Rusiyası tərəfindən işğal ediləndən sonra ölkəni tərk etmək məcburiyyətində qalan Xalq Cümhuriyyəti qurucularının, I respublikanın siyasi elitasında təmsil olunan ictimai-siyasi və dövlət xadimlərinin xaricdə dövlət müstəqilliyinin bərpası uğrundakı mübarizəsinin ümumi mənzərəsini yaratmaq sahəsində ilk cəhddir.

Mühacirətdəki Azərbaycan siyasi partiya və təşkilat rəhbərlərinin Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi təmsilçiləri ilə təmaslarına və qarşılıqlı münasibətlərinə, avropalıların Azərbaycanın, bütövlükdə Qafqazın müstəqilliyinin bərpa olunmasına XX əsrin 20-40-cı illərində böyük maraq göstərməsi faktına bu kitabda xüsusi diqqət yetirilib.

Azərbaycan mühacirətinin siyasi tarixi həmin dövrdəki mövcud beynəlxalq siyasi-diplomatik vəziyyət kontekstində təhlil və təqdim edilir. Azərbaycan milli-azadlıq hərəkatı rəhbərlərinin o dövrdə bu və ya digər vacib, bəzən də qeyri-standart qərarlar qəbul etməsinin gerçək səbəbləri həmin ictimai-tarixi şərait fonunda açıqlanaraq müfəssəl surətdə izah olunub.

Siyasi mühacirətin fəaliyyətinin həddən artıq ağır şərtlərinə rəğmən Qafqazın digər xalqlarının təmsilçiləri ilə necə sıx qarşılıqlı əlaqə halında və mütəşəkkil fəaliyyət göstərməsi, birgə təşkilati strukturlar yaratması, öz aktuallığını bu gün də itirməyən inteqrasiya layihələri işləyib hazırlaması bu fundamental əsərdə konkret tarixi faktlar əsasında təsvir edilib.

Müəlliflərin həm Əlimərdan bəy Topçubaşovun (Paris, Fransa) şəxsi arxivində, həm də digər şəxsi və dövlət arxivlərində qorunan çoxsaylı tarixi sənədlər və qiymətli materiallar əsasında qələmə aldığı “Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə” kitabı ötən əsrin birinci yarısında baş verən dramatik hadisələri unikal üslubda, bir qədər də siyasi romantizm fonunda işıqlandırır. Odlar yurdunun müstəqilliyi və azadlığı uğrunda ilk baxışda ümidsiz və nəticəsiz görünən siyasi mübarizəsini davam etdirən Azərbaycan milli-azadlıq hərəkatı liderlərinin parlaq obrazı oxucuların gözü önündə bütün cizgiləri ilə canlandırılır.

Əsərdə qırmızı xətlə keçən ana fikir budur: bu mübarizə hansı formanı alırsa alsın, əsərin əsas qəhrəmanları hansı siyasi kombinasiyaların episentrində dayanırsa dayansın, onların bütün addım və hərəkətlərinin, bütün fəaliyyətinin və qərarlarının əzəli mübtədası Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə idi. Bu mübarizə tarixi perspektivdə qələbə ilə, SSRİ-nin süqutu və müstəqil, azad, suveren Azərbaycan Respublikasının yaranması ilə nəticələndi. Kitab tarixçi tədqiqatçılar, tələbələr, Azərbaycan tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

 




Baxış sayı: 2 338
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031