FACT-INFO.AZ » SİYASƏT » Livan ermənilərinin Dağlıq Qarabağa qanunsuz köçürülməsi Ermənistanın növbəti təxribat planıdır
9-09-2020, 07:30 | SİYASƏT
Livan ermənilərinin Dağlıq Qarabağa qanunsuz köçürülməsi Ermənistanın növbəti təxribat planıdır

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Həmin ərəfədə xaricdə yaşayan soydaşlarımız Orduya dəstək üçün dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirdilər. Ermənilərin bu aksiyaçılara, həmçinin konsulluqlarımıza, səfirliklərimizə hücumları diqqətdən kənarda qalmadı. Amma bunları görməzdən gələn yenə də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri oldu. Törədilən bu kimi cinayətlərin cəzasız qalmasını Ermənistan hakimiyyəti bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi qiymətləndirib. Belə ki, separatçı rejimin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Artıq Ermənistan mətbuatının məlumatlarına əsasən Livandakı bir neçə erməni ailəsi bölgədə yerləşdirilib.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımız fonunda beynəlxalq dəstək, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması problemin tezliklə öz ədalətli həllini tapacağına əsas yaradır. Deputat bildirib: “Prezident İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək”.

Deputat, həmçinin deyib: “Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bu reallığı da bəyan edir ki, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də, bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etməkdə maraqlıdır. Azərbaycan tərəfi faktaraşdırıcı missiyanın yaradılması təklifi ilə ilk dəfə BMT-yə müraciət edib. O zaman dövlətimizin bu addımı ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər belə bir addımın Minsk qrupu tərəfindən atılmasının məqsədəuyğun olunduğunu bildirdilər. ATƏT-in faktaraşdırıcı missiyası yaradıldı və işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək üçün həmin torpaqlarımızda iki dəfə oldular. İşğal olunmuş ərazilərimizdə süni məskunlaşdırılma faktı təsdiqlənsə də ATƏT-in faktaraşdırıcı missiyası hazırladığı hesabatda bunun əks olunmasını “nədənsə” istəmədi. Dünyanın “yeni qəbul etdiyi prinsipə” əsasən işğalçının adı ilə çağırılması məsələnin həllinə mane olar, birtərəflilik kimi qəbul edilə bilər. Ədalətin dəstəklənməsi, işğalçının ünvanının göstərilməsi birtərəflilikdirsə, işğalçıya maddi və mənəvi dəstək göstərmək, onu silahlandırmaq necə dəyərləndirilməlidir?”.

“Ermənistan uzun illərdir Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir”, - deyə M.Həsənov bildirib. O qeyd edib: “Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan məskunlaşdırma siyasətinin aparılmasının və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdlərinin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunun “fərqində deyil”. Rəsmi Bakı daim bu bəyanatla çıxış edir ki, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalı, ədalət meyarı bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Həmçinin Livan hadisələri, Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri, orada bəyanatlar verməsi, N.Paşinyanın xanımının “silaha sarılaraq” işğalçı dövlətin qadınlarını “Dağlıq Qarabağ uğrunda” döyüşlərə çağırması və sair hadisələr bir daha göstərir ki, Ermənistan hakimiyyəti münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. İşğalçı dövlətə “Dur!” demək zamanı çoxdan çatsa da, beynəlxalq ictimaiyyət hələ də susur”.




Baxış sayı: 1 036
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30