FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qarabağ xalçaları” layihəsinin təqdimatı keçirilib
9-03-2016, 09:30 | MƏDƏNİYYƏT
“Qarabağ xalçaları” layihəsinin təqdimatı keçirilib

Layihə çərçivəsində hər birində 30 və 40 iştirakçı olmaqla, xalçaçılıq və tikiş kursları təşkil olunub. Kurslara cəlb edilən xocavəndli qızlar 6 ay ərzində xalça toxumağın sirlərinə yiyələniblər. Xocavənd qəsəbəsində “Qarabağ xalçaları” layihəsinin təqdimatı keçirilib. Mərasimdə iştirak etmək üçün Xocavənd qəsəbəsinə gələn HASEN-in baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və törədilən qanlı cinayətlər barədə məlumat verib. Xocavənd qəsəbəsində xalça kurslarının açılmasına görə Haldun Yavaşa təşəkkürünü bildirən icra hakimiyyətinin başçısı layihənin əhəmiyyətini qeyd edib. Bildirib ki, ermənilər təkcə qədim Azərbaycan torpağı olan Qarabağı işğal etməyiblər. Eyni zamanda, mədəniyyətimizi, mətbəximizi, musiqimizi və xalçalarımızı da mənimsəyərək, öz adlarına çıxırlar. Erməni işğalçıları xalqımıza məxsus xalça çeşnilərini toxuyaraq xarici ölkələrdə satışını təşkil edir, erməni xalçaları kimi təqdim edirlər. Odur ki, bu istiqamətdə addımlar atılmalı, Qarabağ xalçalarının Azərbaycan xalqına məxsus olduğu dünyaya çatdırılmalıdır. Haldun Yavaş HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr, o cümlədən Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Qarabağ xalçaları layihəsi kursların təşkili ilə yekunlaşmayacaq. Xocavənd qəsəbəsində xalça istehsal edən müəssisənin yaradılması nəzərdə tutulub. Burada toxunan Qarabağ xalçaları Azərbaycan adı ilə dünyaya çıxarılacaq. Layihə məcburi köçkün qadınların işlə təmin edilməsi və iqtisadi tərəfi ilə yanaşı, həm də təbliğat baxımından olduqca əhəmiyyətlidir. Belə ki, xocavəndli qadınların toxuduqları xalçaların Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində satışı təşkil ediləcək, beləliklə də, eyni zamanda, Qarabağ həqiqətləri də dünyaya çatdırılacaq. Sonra xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 320 ailəlik qəsəbədə “Qarabağ xalçaları” layihəsinin təqdimatı olub. Qonaqlar, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış olublar. Bayramsayağı bəzədilmiş meydanda, həmçinin xalqımızın milli xörəkləri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirilib. Məcburi köçkün uşaqların ifa etdikləri müxtəlif kompozisiyalar və musiqi nömrələri marağa səbəb olub. Qonaqlara qarabağlı qızların toxuduqları xalçalar hədiyyə edilib.




Baxış sayı: 2 203
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031