FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirməsi üçün kifayət qədər əsaslar var - Azay Quliyev
16-08-2020, 08:15 | TƏDQİQATLAR-ANALITIKA
Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirməsi üçün kifayət qədər əsaslar var - Azay Quliyev

Bəs Ermənistan rəhbərliyinin bu cür qanunsuz addımları atmaqda və yüz faiz riskli ərazilərə soydaşlarını yerləşdirməkdə (bəzən aldadaraq və aşırı şirnikləndirici təkliflər verərək) əsas məqsədi nədən ibarətdir? Burada iki mühüm məqama diqqəti cəlb etmək lazımdır.

1-ci Ermənistan bu yolla Dağlıq Qarabağda kəskin şəkildə azalmış ermənilərin sayını süni şəkildə artırmaq, digər tərəfdən isə hərbi xidmətə yararlı olanları səfərbərliyə cəlb etməklə orduda olan canlı qüvvə çatışmazlığını aradan qaldırmaq istəyir.

2-ci isə Ermənistan yaxşı bilir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və hansı yolla olur-olsun zəbt olunmuş ərazilərini - Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayonunu işğalçılardan təmizləyəcək. Azərbaycan xalqının iradəsi və tələbi, ordumuzun artan gücü, Ali Baş Komandanın qətiyyətli mövqeyi, o cümlədən son günlər qardaş Türkiyə ilə uğurla həyata keçirdiyimiz birgə hərbi təlimlər və digər amillər bu fikri söyləməyə ciddi əsaslar yaradır. Belə olan halda nədən Ermənistan hakimiyyəti istənilən an təmizləmə əməliyyatlarının başlaya biləcəyi riskli ərazilərə yaxın şərqdən erməniləri köçürməyə davam edir? Məncə bu sualın cavabı ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Livanda çətin duruma düşən soydaşlarını işğal olunan 7 rayona yerləşdirməklə mümkün hərbi əməliyyatlar zamanı bu biçarələrdən canlı şit kimi istifadə etmək, Azərbaycanı mülki əhaliyə qarşı güc tətbiq etməkdə və onları öldürməkdə qınamaq üçün “təbii əsaslar” əldə etmək istəyir. Görünür bununla Ermənistan beynəlxalq rəyi Azərbaycanın əleyhinə yönəldəcəyinə və təmizləmə əməliyyatına müəyyən qədər maneçilik törədəcəyinə ümid edir. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin nə qədər məkrli, riyakar və ikiüzlü olduğunu və ən əsası isə faşist mahiyyətini bir daha üzə çıxarmış olur.

İndi hamımızın, xüsusilə diplomatiyamızın, parlamentin və vətəndaş cəmiyyəti institutlarının qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın bu məkrli planının qarşısını almaq və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaq istiqamətində imkanlarımızı tam səfərbər etməkdən ibarət olmalıdır.

Azərbaycan xüsusilə son bir ildə həm diplomatik cəbhədə, həm də informasiya savaşında Ermənistanı xeyli üstələməsi özümüzə inamı daha da artırır. Bu üstünlüyü biz 31 martda Ermənistanın Dağlıq Qarabağda səhnələşdirdiyi qondarma seçkilərə və 12 iyulda Tovuzda həyata keçirdiyi hərbi təxribata beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin verdiyi reaksiyada, Azərbaycana verilən diplomatik və siyasi dəstəkdə də hiss etdik. Bu baxımdan Ermənistanın qanunsuz məskunlaşdırma planının tam iflasa uğraması və nəticəsiz qalması üçün real imkanların olduğunu düşünürəm. Bunun üçün beynəlxalq təşkilatlarla, xüsusi ilə ATƏT-in Minsk qrupunun həmsədrlik institutu ilə daha yaxından işləməli və onların qarşısında konkret məsələ qoymalıyıq. İlk növbədə həmsədrlərdən Ermənistanın bu qanunsuz hərəkətinə münasibət bildirməyi və onun qarşısını almağı tələb etməliyik. Münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu, atəşkəsə əməl olunmasının vacibliyini hər bəyanatında qətiyyətlə tələb edən ABŞ, Rusiya və Fransadan biz də bu dəfə tələb etməliyik ki, eyni istəklə Ermənistanın bütün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma planını kəskin şəkildə pisləsin, onun yolverilməz olduğunu bildirsin və onlara verilən mandatdan istifadə edərək bu özbaşınalığın qarşısını alsınlar. Onsuz da 2005-ci ildə ATƏT-in fakt araşdırıcı missiyası işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişlər. Yəni, həmsədrlər üçün Ermənistanın bu qanunsuz fəaliyyətinə münasibət bildirmək üçün kifayət qədər əsaslar var.

Narahatedici məqamlardan biri də budur ki, vasitəçilərin bu qanunsuzluğa etiraz etməməsi onların işğala və işğalçıya açıq dəstək vermələri anlamına gəlir. Zatən Rusiyanın son bir ayda sülhyaratma mandatına zidd olaraq işğalçı Ermənistana 400 tondan çox silah və sursat verməsi Azərbaycan ictimaiyyətinin ciddi narazılığına və kəskin etirazına səbəb olub (bu başqa biz yazının mövzusudur). Bütün bunlara rəğmən biz diplomatik kanallardan və beynəlxalq tribunalardan istifadə edərək Azərbaycanın kifayət qədər haqlı və əsaslandırılmış bu narahatçılığını daha sərt şəkildə hər üç ölkənin xarici işlər nazirliyinin diqqətinə çatdırmalı və onlardan məsələyə konkret münasibət bildirmələrini istəməliyik. Əlbəttə onların Azərbaycanın bu haqlı tələbinə obyektiv və ədalətli reaksiya verəcəyini heç kim gözləmir, çünki cəmiyyətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinə inam və etimad qalmayıb. Buna baxmayaraq həmsədrlərə təzyiqi maksimum dərəcədə artırmalı, onların ədalətliliyini və obyektivliyini davamlı olaraq sorğulamalıyıq.

Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qanunsuzluğa tam olaraq göz yumsa və ona bu və ya digər formada münasibət bildirməsə, o zaman onlar münaqişənin sülh yolu ilə həllinə vasitəçi olmaq hüququnu birdəfəlik itirəcəklər.

Azay Quliyev

Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti




Baxış sayı: 2 661
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30