FACT-INFO.AZ » SİYASƏT » Adil Əliyev: Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir
15-08-2020, 09:15 | SİYASƏT
Adil Əliyev: Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir

. Lakin siyasi və iqtisadi sahədə tənəzzülə düçar olmuş bir dövlətin pandemiyanın ölkəsinin ərazisində tüğyan etdiyi bir dövrdə cəbhəboyu təxribat törətməsi təbii ki, bir günün işi deyildi. Bu təxribat həm də o demək idi ki, düşmən heç bir halda barışığı qəbul etmir, beynəlxalq müstəvidə məğlubiyyətlə qarşılaşır və bu səbəbdən də təxribat törətməyə cəhd edir.

Bu fikirlər Milli Məclis Sədrinin müavini Adil Əliyevin Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Düşmənin mövcud şəraitdə qeydolunan təxribatı həyata keçirməsi bir mənalı deyildi. Belə ki, Cənubi Qafqazın lider dövlətinə qarşı belə bir əməliyyatı həyata keçirmək üçün Ermənistanın nə həddi, nə də cürəti çatardı. Tarixə nəzər salsaq, görərik ki, Ermənistan 1991-ci ildə SSRİ dağıldıqdan sonra yaranmış dövlətlər içərisində yalnız Rusiya Federasiyası ilə hərbi-siyasi əməkdaşlıq qurmuşdur. Azərbaycan da daxil olmaqla keçmiş SSRİ-yə daxil olan dövlətlərlə ciddi şəkildə heç bir əlaqəsi olmamışdır. Müstəqillikdən sonrakı illərdə Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmuşdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər dövlətlər, yəni, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan birbaşa və dolayı şəkildə Ermənistanla əməkdaşlıq etmirlər. Yalnız Rusiya ilə aralarında əməkdaşlıq var və bu səbəbdən də Rusiya Federasiyasının 102-ci hərbi bazası hazırda onun ərazisində fəaliyyət göstərir.

Ermənistan hakimiyyəti ölkənin inkişafını təmin etmək və vətəndaşların rifahını yaxşılaşdırmaq əvəzinə, çətin şəraitlə əlaqədar dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş vətəndaşlarının düşdüyü duruma baxmayaraq, silahlanmaq ideyasını davam etdirir. Belə ki, dünyanın nüfuzlu xəbər agentliklərinin hazırladıqları məruzələrə, xüsusilə “Global Militarisation Index” məruzəsinə əsasən, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Qeyd olunan hesabatlar hazırlanarkən, ölkənin əhalisinin sayı və buna uyğun olaraq hərbçi sayı, silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınır. Yəni, indiki məqamda deyə bilərik ki, Ermənistan tərəfi silahların alınmasına daha çox meyllidir. Lakin iqtisadi cəhətdən tənəzzül yaşayan bir ölkənin silahlanmasında təbii ki, ona yardımçı olan dövlətlər var. Belə ki, sərhəddə təxribat başlamamışdan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistan ilə Serbiya arasında silah alveri həyata keçirildi. Bu da bir daha yuxarıda qeyd olunan fikri təsdiq edir ki, Ermənistan tərəfi həmin təxribatı törətmək üçün əvvəlcədən hazırlaşmışdı, yəni, bu qərar uğursuzluğa uğramasına baxmayaraq, ani verilən qərar deyildi.

Serbiya-Azərbaycan münasibətləri fonunda Serbiyanın Ermənistan tərəfə silah-sursat göndərməsi təbii ki, birmənalı deyildi və bu da hər birimizi narahat edirdi. Baxmayaraq ki, Azərbaycanın humanitar siyasətindən yararlanan ölkələrdən biri də Serbiya olmuşdur. Belə ki, koronavirus pandemiyası yayılmağa başladıqdan dərhal sonra Azərbaycan hökuməti Serbiyaya humanitar yardım göstərmişdi. Lakin Serbiyanın indiki vəziyyətdə belə bir addım atması başa düşülən deyil. Baxmayaraq ki, Serbiya Azərbaycanı əzəli tərəfdaş kimi qəbul edirdi, dəfələrlə Azərbaycanın digər ölkələrdən fərqli olaraq müstəqil siyasət yürütməsinə, habelə beynəlxalq arenada söz sahibi olmasına diqqət çəkmişdir.

Qeyd olunanlar fonunda yaranmış anlaşılmazlığa son qoymaq məqsədilə və vəziyyəti aydınlaşdırmaq üçün Serbiyanın ölkəmizdəki diplomatik korpusunun rəhbəri Xarici İşlər Nazirliyinə dəvət edilmiş, ona ölkəsinin atdığı addımların dostluq münasibətlərimizə kölgə saldığı və bizi narahat etdiyi bildirildi.

Bu görüşdən dərhal sonra, avqust ayının 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək iyul ayında sərhəddə Ermənistanın təxribat törətməsindən, habelə bu təxribat zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən bir daha məyusluğunu bildirmişdir.

Dövlətimizin başçısının qətiyyətli mövqeyi sayəsində Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç nümayəndə heyəti ilə birlikdə ölkəmizə səfər etdi.

Habelə, Ermənistanın daimi müttəfiqi olan və Ermənistan hakimiyyətinə birbaşa təsir edən Rusiya qeyd olunanlar fonunda düşmən tərəfi kifayət qədər silah və sursatla təmin etməkdədir.

Bütün bunlar hansı səbəbdən baş verir?

Bu gün dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir. Azərbaycanın regionun şəriksiz lideri olması və Cənubi Qafqazda dünya əhəmiyyətli layihələrin ölkəmiz tərəfindən həyata keçirilməsi, onun siyasi, iqtisadi və hərbi gücü bəzi dövlətləri narahat edir. Bu səbəbdən də biz Rusiyanın Ermənistana silah satmasının şahidi olduq. Təbii ki, dövlətimizin başçısı yenə qətiyyətli mövqe sərgilədi. Azərbaycan və Rusiya prezidentlərinin avqustun 12-də baş tutan telefon danışığı zamanı Ermənistan tərəfinə silahların satılması və bu silahlarla düşmənin təxribat törətməsi, nəticədə isə hərbi qulluqçuların və bir nəfər mülki şəxsin həlak olması barədə geniş müzakirələr aparıldı.

Ölkəmizin münaqişənin həlli ilə bağlı mövqeyi birmənalıdır, ortada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş 4 qətnamə var. Bu qətnamələrdə Ermənistan tərəfinin işğalçılıq fəaliyyəti birbaşa olaraq göstərilir və bildirilir ki, işğal altındakı ərazilər qeyd-şərtsiz azad edilməlidir.

Həmin qətnamələrlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalının “HARDtalk” verilişinin qonağı olarkən “Qarabağın guya Ermənistana məxsus tarixi ərazi olmasını” bildirdiyi zaman aparıcı ona “Gəlin, məsələni min illik tarixlərin kontekstində deyil, bu günün reallıqları ilə müzakirə edək. BMT Təhlükəsizlik Şurası açıq dillə bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa əsasən, bu ərazilərdəki ordunuz işğalçıdır. Amma siz oraya gedərək bu torpaqların sizə məxsus olduğunu elan edirsiniz. Siz dəqiq sülh carçısı deyilsiniz”, - dedi və Ermənistanın bir daha dünyanın gözündə şovinist və işğalçı dövlət olmasına diqqət çəkdi. Habelə Ermənistan hərbçilərinin insan haqlarını pozaraq hərbi cinayətlər törətdiyini söyləyərək, onları bu cinayətləri etiraf edərək, üzr istəməyə çağırdı.




Baxış sayı: 2 057
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30