FACT-INFO.AZ » SİYASƏT » Vaşinqtonda Xəzər regionunda kritik infrastruktura təhdidlər məsələsi müzakirə olunub
9-08-2020, 14:30 | SİYASƏT
Vaşinqtonda Xəzər regionunda kritik infrastruktura təhdidlər məsələsi müzakirə olunub

ABŞ Dövlət Departamentinin, Enerji Departamentinin və Konqresin peşəkar heyətinin, Vaşinqtonda fəaliyyət göstərən səfirliklərin, Birləşmiş Ştatların və ölkəmizin, eləcə də Türkiyə və İsrailin tanınmış beyin mərkəzlərinin nümayəndələrinin, enerji və təhlükəsizlik üzrə ekspertlərin iştirak etdikləri tədbirə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov da qatılıblar.

Tədbirin məqsədi iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatının regionun kritik enerji və nəqliyyat infrastrukturuna yaxınlığı xüsusunda yaratdığı təhdidlər və Ermənistanın təcavüzünün regional bağlantılara yaratdığı təhlükələr məsələsində məlumatlılığın artırılması olub.

Səfir Elin Süleymanov iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatdan bəhs edərək, Ermənistanın beynəlxalq hüququn prinsiplərini, o cümlədən, beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunu bildirib. Səfir son təxribatın ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionunda və qoşunların təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində törədilməsinə diqqət çəkərək, bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur xətlərinin keçməsi barədə məlumat verib.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Ermənistanın hərbi təcavüzünün Azərbaycan qazının Avropaya nəqlinin başlanmasından 3 ay sonra törədilməsinin təsadüfi olmadığını qeyd edib. Əlavə edib ki, Azərbaycan və Xəzərin enerji resurslarını Qərb ölkələrinə, dünya bazarına bağlayan bütün infrastruktur qovşaqlarının hamısı – Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi avtomobil yolu təqribən 45 mil (72 kilometr) enində “Gəncə Dəhlizi” çərçivəsində hazırkı hərbi əməliyyatların çox yaxınlığından keçir. Bu faktları və həmin bölgənin Azərbaycan üçün həssaslığını nəzərə alaraq, iyul təcavüzünün kimin tərəfindən başlanması heç kimdə şübhə doğurmamalıdır.

Tədbir çərçivəsində səfirliyin müşaviri Orxan Zeynalov iyul ayında Tovuz rayonu istiqamətində baş verən eskalasiyanın kritik infrastruktur qovşaqlarına və təsisatlarına təhdidləri və bunun Ermənistan tərəfindən əvvəlcədən düşünülmüş təcavüz olması barədə geniş təqdimatla çıxış edib.

Tədbir müzakirə və sual-cavab sessiyası ilə davam etdirilib. Səfir Elin Süleymanov və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov iştirakçıların suallarını cavablandıraraq, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticələrinin iqtisadi və geosiyasi xüsusda Azərbaycana və geniş regiona yaratdığı təhdidlər barədə danışıblar.

Qeyd edək ki, tədbirə böyük maraq Vaşinqtonun hüdudlarından kənara çıxıb. Belə ki, tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə baş diplomatı Erdem Tunçər, ölkəmizdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərova da iştirak ediblər.

Tədbirə böyük marağı nəzərə alaraq mövzu üzrə dialoqun davam etdirilməsi planlaşdırılır.




Baxış sayı: 1 748
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30