FACT-INFO.AZ » İQTİSADİYYAT » Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
8-08-2020, 11:00 | İQTİSADİYYAT
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov

Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, mart ayında ölkə başçısı pandemiyanın təsirlərinin minimumlaşdırılması üçün tədbirlərin hazırlanması ilə bağlı hökumətə tapşırıq vermişdi: "Hökumət müəyyən strukturların rəhbərləri ilə işçi qruplar yaratdı və dövlət dəstəyi göstəriləcək tədbirlərin üç istiqamətini müəyyənləşdirdi. Bu istiqamətlər makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına, məşğulluğa və sosial rifaha, makroiqtisadi və maliyyə sabitliyin qorunmasına dövlət dəstəyindən ibarət oldu. Ümumilikdə götürüldükdə dövlət dəstəyi proqramlarına 3,5 milyard manat vəsait nəzərdə tutuldu və bu tədbirlər 5 milyona yaxın insanı əhatə etdi. Bu tədbirlər birbaşa əhalinin aztəminatlı təbəqəsinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərir. Həyata keçirilməyə başlanmış tədbirlər əhalinin həm işləyən, həm də işləməyən kateqoriyalarını əhatə etdi. Yəni, dövlət və özəl sektorda işləyənlərin iş yerlərinin saxlanılması pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin tədbirləri nəticəsində iş yerlərin bağlanmamasına gətirib çıxarır, əməkhaqları dövlət tərəfindən ödənilməklə bu işə dəstək göstərilir. Bilirik ki, pandemiyanın birbaşa təsir göstərdiyi 20 sahənin 11-də fəaliyyət tamamilə dayanmış, 9-da isə qismən davam etdirilməkdədir. Bu da həmin sahələrin iqtisadi tənəzüllünə yol açdı. Dövlət bu sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və çalışanların əməkhaqlarının ödənilməsinə dəstək göstərməklə postpandemiya dövründə yenidən iqtisadi fəallığının bərpa olunmasında müəyyən çətinliklərlə qarşılaşmasının qabağını almış olur. Beləliklə, dövlət 910 min dövlət və 600 min özəl sektorda işləyən insanların əməkhaqlarının ödənilməsini dəstəkləmişdir. Həm də 2 milyondan çox insanın sosial təminatının davamlı olmasına dövlət dəstəyi verilmiş, işləməyən insanlar ünün 90 min ödənişli ictimai iş yerlərinin yaradılmasına dövlət başçısı tapşırıq vermişdir".

Milli Məclisin deputatı əlavə edib ki, qeyri-formal və ya işləməyən 600 min şəxs üçün aprel-may aylarında, 290 min şəxs üçün isə iyun ayında 190 man birdəfəlik müavinət ödənilmiş, sosial yardımı proqramının şərtləri sadələşdirilməklə əhatə dairəsi genişləndirilərək 85 min nəfərə çatdırılmışdır: "Dünya Banıkının, BMT-nin İnkişaf Fondunun iştirakı ilə 12 min nəfər maarifləndirilb, biznes planları tərtib edilməsinə dövlət dəstəyi verilməklə aktivlərlə təmin olunması nəzərdə tutulmuşdur. Dövlət dəstəyi tədbirləri çərçivəsində 20 min şəxsə işsizlikdən sığorta ödənilmiş, vaxtı bitmiş pensiyaçılara, işsizlikdən sığortaya cəlb olunmuş və ünvanlı sosial yardım alan şəxslərin ödənişləri karantin dövründə davam etdirilmişdir. Aztəminatlı ailələrə 100 mindən çox ərzaq payı göndərilmiş, ahıl şəxlərə 15 mindən çox sosial xidmət göstərilmişdir. Bu proqramlar çərçivəsində, həmçinin aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi də dövlət hesabına həyata keçirilməkdədir.

Azərbaycan pandemiya dövründə həyata keçirilən dövlət dəstəyi proqramlarının əhatə dairəsi və xərclənən maliyyənin miqdarına görə dünyada öndə olan ölkələrin sırasındadır. Pandemiya həyatımıza girəndə Prezident İlham Əliyev qeyd etmişdi ki, biz iki amil qarşısında seçim etməliyik - Ölkədə iqtisadi fəallığın qorunması və ya insanların sağlamlığının qorunması. Təbii ki, vətəndaşlarımıza üstünlük verildi və insanların sağlamlığının qorunmasını önə çəkilərək yuxarıda qeyd etdiyim tədbirləri həyata keçirməklə hər bir vətəndaşın məşğulluğunun qorunması və sosial rifahının yaxşılaşmasına dair addımlar atıldı. Bütün bunlar bir daha onu göstərdi ki, cənab Prezidentin siyasətinin təməlində insan faktoru dayanır. Təbii ki, dövlətimizin gördüyü bütün bu tədbirlər xalqımız tərəfində çox yüksək dəyərləndirlir və Prezidentə ünvanlanan 10 minlərlə məktubda xalq dövlət başçısına təşəkkürünü ifadə edir".




Baxış sayı: 1 783
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30