FACT-INFO.AZ » SİYASƏT » Ermənistan ardıcıl olaraq sarsıdıcı siyasi-diplomatik zərbələr almaqdadır
6-08-2020, 07:20 | SİYASƏT
Ermənistan ardıcıl olaraq sarsıdıcı siyasi-diplomatik zərbələr almaqdadır

İşğalçı və təcavüzkar Ermənistan artıq bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur. Bu məğlubiyyət, bu uğursuzluq xüsusilə də “Valday”dan, Aşqabad Sammitindən, Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə görüşlərindən, Münxen Təhlükəsizlik Konfransı və “Şərq Tərəfdaşlığı”nın sonuncu toplantısından sonra daha da sürətlənib. Ermənistan ardıcıl olaraq sarsıdıcı siyasi-diplomatik zərbələr almaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva deyib.

Deputat diqqətə çatdırıb ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən növbəti hərbi təxribatdan və fitnəkarlıqdan sonra ermənilərin, Ermənistanın hər mənada çöküşü başlayıb. Azərbaycan Ordusunun layiqli cavabından sonra geri oturdulan işğalçı ölkədə əsl siyasi, iqtisadi, hərbi xaos, anarxiya yaşanmaqdadır. Hətta illərdir onlara arxa duran, Azərbaycan üzərinə hücum əmri verən dairələr, mərkəzlər, açıq-gizli havadarlar, dəstəkçilər belə onların köməyinə yetişə bilmir. Tovuz istiqamətində döyüşlərdə məğlubiyyətdən sonra qorxaqcasına və müticəsinə yalvardıqları, qapısını döydükləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də onlardan imtina etdi. “Minskdə yaşananlar, bədnam və sərsəm Paşinyanın tək buraxılması, heç kim tərəfindən ciddiyə alınmaması isə biabırçılığın son həddi və göstəricisi oldu. Çünki KTMT artıq Ermənistanın oyununa, təxribatına gələ bilməzdi. Bu qurumdakı bütün dövlətlər Azərbaycanın dostları, müttəfiqləridir və bu, hər kəsə də məlumdur. Onlar Azərbaycan əleyhinə olan heç bir addıma gedə bilməzdilər və getmədilər də. Təcavüzkar Ermənistan və onların havadarları bununla növbəti siyasi-diplomatik zərbələrini aldılar. Son çarə yüz illərdir təxribatlarla, yalan-böhtan istehsalı ilə məşğul olan, hər yerdə terror havası əsdirən erməni lobbisi və diasporu idi ki, Ermənistan, təxribatçı, fitnəkar, avantürist Paşinyan hakimiyyəti bu gözləntisində də istədiyinə nail ola bilmədi, əksinə, daha da rəzil və bərbad duruma düşdü”, - deyə K.Əliyeva qeyd edib.

Xaricdə yaşayan həmvətənlərimizin, diplomatik nümayəndəliklərin fəaliyyətini yüksək qiymətləndirən Kamilə Əliyeva bildirib ki, Ermənistanın son təxribatına və fitnəkarlığına qarşı yaşadıqları ölkələrdə ayağa qalxan vətənpərvər soydaşlarımız, həmvətənlərimiz yüksək həmrəylik nümayiş etdirərək dinc aksiyalara qoşuldular. Bu zaman həm Ermənistan, həm də Ermənistanı idarə və himayə edən dairələr tərəfindən “dirijor çubuğu ilə hərəkət gətirilən” faşist, terrorist düşüncəli, nasist ruhlu erməni lobbisi, erməni diasporu soydaşlarımıza, həmvətənlərimizə qarşı çox alçaq və murdar addımlara, təxribatlara əl atdılar, açıq-aşkar güc, zor tətbiq etməkdən, terror havası yaşatmaqdan çəkinmədilər. Bununla da əslində bir daha öz əsl mürtəce simalarını, iç üzlərini, mahiyyətlərini nümayiş etdirdilər. Göstərdilər ki, nə Ermənistanda, nə də xaricdə yaşayan ermənilər, erməni lobbisi və diasporu üçün dəyişən heç nə yoxdur. Onlar heç zaman faşist, terrorçu düşüncələrindən, fitnəkar addımlarından əl çəkməyiblər və çəkməyəcəklər. Amma gündən-günə iflasa uğrayan erməni lobbisi də, onun arxasında dayanan Ermənistan və digər güc mərkəzləri də yenə istədiklərinə nail ola bilmədilər. Soydaşlarımızın, həmvətənlərimizin son dərəcədə yüksək təmkini, soyuqqanlılığı sayəsində növbəti təxribatın, növbəti fitnəkarlığın da qarşısı alındı, "ikinci Sumqayıt" ssenarisinin, təxribatının baş tutmasına imkan verilmədi. Bundan sonra isə Paşinyan hökuməti daha da sarsılmış durumla üzləşdi və atılan isterik addımlar da bunun göstəricisidir.

“Bir daha Azərbaycan dövləti, Azərbaycan Ordusu, həmçinin güclənmiş, təşkilatlanmış Azərbaycan diasporu öz sözünü dedi, ermənilərə, Ermənistana, erməni lobbisinə öz gücünü, qətiyyətini, nələrə qadir olduğunu nümayiş etdirdi. Artıq “erməni lobbisi mifi” də darmadağın oldu və bundan sonra da özünə gələ bilməyəcək, buna imkan verilməyəcək”, - deyə deputat fikrini tamamlayıb.




Baxış sayı: 1 532
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30