FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı yeni qarayaxma kampaniyası
4-08-2020, 09:45 | TƏDQİQATLAR-ANALITIKA
Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı yeni qarayaxma kampaniyası

2020-ci ilin iyulun 26-da Ermənistanın Aliq Media İnformasiya Agentliyinin jurnalisti Norayr Qasparyan [1], Armeniasputnik İnformasiya Agentliyinin müxbirinə, guya azərbaycanlıların Gürcüstanın Sadaxlı kəndində erməniyə hücum etməsinə dair yalan məlumat vermişdir. Norayr Qasparyanın sözlərinə görə, guya azərbaycanlılar tərəfindən döyülən həmin şəxs onun dostu olmuşdur. Hazırda guya münaqişənin bitdiyini və zərərçəkən tərəfin polisə ifadə verdiyini qeyd edən Qasparyan, hadisənin baş vermə səbəblərinin məlum olmadığını bildirmişdir.

Qeyd etmək lazımdır ki, Norayr Qasparyan [1], daha əvvəl də feysbuk sosial şəbəkəsində, saxta “məzlum erməni” obrazını yaratmaq üçün özünün guya azərbaycanlılar tərəfindən döyülməsinə və qaçmasına dair dezinformasiya xarakterli məlumat yaymışdır. Bir qayda olaraq özlərini yazıq kimi qələmə verməyə çalışan ermənilər, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı xarici ölkələrdəki həmvətənlərimiz tərəfindən keçirilən aksiyaların qarşısını almaq üçün dinc həmvətənlərimizə qarşı ifrat aqressivlik nümayiş etdirərək təxribatçı əməllərini həyata keçirirlər. Belə ki, ermənilər Fransada, Böyük Britaniyada, İsveçdə, Polşada, Avstraliyada, ABŞ-da, Niderlandda və Belçikada həmvətənlərimizə qarşı psixoloji və fiziki zorakılığa əl atırlar. Həmvətənlərimizə xəsarət yetirmək məqsədilə erməni diasporunun üzvləri, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına və azərbaycanlıların dinc aksiyalarına qarşı cinayət məsuliyyəti doğuran təxribatlara əl atırlar.

Bu gün Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması və müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsi, dünyadakı anti-Azərbaycan qüvvələrini ciddi şəkildə narahat edir. Ona görə də onlar dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanın dinc əhalisinə qarşı kütləvi şəkildə hücumlar təşkil edərək, əsassız ittihamlar irəli sürərək, sosial şəbəkələrdə saxta profillər yaradaraq, saytlarda dezinformasiya xarakterli məlumatları yayaraq öz əməllərini ört-bastır etməyə, azərbaycanlıları isə günahkar kimi qələmə verərək dünya ictimaiyyətini aldatmağa çalışırlar. Lakin el arasında belə bir məsəl vardır: - Yalan ayaq açar amma yeriməz. Bu baxımdan qeyd etmək lazımdır ki, erməni lobbisinin səylərinə baxmayaraq, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişin qəbul edilməsi [2], ölkəmizin artıq Ermənistan üzərindəki siyasi-diplomatik qələbəsindən xəbər verir. Mühüm əhəmiyyəti olan həmin layihənin müəllifi konqresmen Stiv Şabot olmuşdur. Qəbul edilən 296 saylı düzəlişdə Azərbaycanın və digər 3 ölkənin ərazilərinin qeyri-qanuni işğal faktı təsdiqlənmişdir. Onu da qeyd etmək istəyirik ki, erməni lobbisinin “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə, Azərbaycanın əleyhinə bir neçə düzəlişin edilməsinə dair çalışmasına baxmayaraq həmin düzəlişlər qəbul edilməmişdir. Erməni lobbisinin uğursuzluğu, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olmuşdur [2].

Ermənistanın məhz diplomatik sahədəki məğlubiyyəti, ABŞ-ın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında erməni ünsürünün fəallaşmasına və həmvətənlərimizə xəsarət yetirməsinə səbəb oldu. Şübhəsiz ki, ermənilər kütləvi hücumlarla azərbaycanlıları özündən çıxararaq haqq yolundan döndərməyə və beləliklə də dünya ictimaiyyətinin qarşısında haqsız vəziyyətə salmağa çalışırlar. Belə bir məqamda isə düşmənin fitnəsinə uymaq olmaz. Bu baxımdan qeyd etmək lazımdır ki, sözügedən məsələ ilə bağlı birinci vitse-prezidentimiz Mehriban Əliyeva [3] dünya azərbaycanlılarına müraciət etmişdir. Həmin müraciətdə deyilir: “Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.

Baş verən hadisələr dünyaya, əslində Ermənistanın necə işğalçı və təcavüzkar bir dövlət olduğunu göstərdi ki, bu da ermənilərin məqsədyönlü şəkildə “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətdən qaynaqlanır. Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı yürütdüyü faşist ideologiyası, dövlət terrorizmi, soyqırımı və etnik təmizləmə siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısındadır. Bundan əlavə bu gün Ermənistanda sosial-iqtisadi böhranın olması, insanlara qarşı gücün tətbiq olunması, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs olunması, İctimai kanalın özbaşına olaraq ələ keçirilməsi, eləcə də sabitsizliyin və xaosun baş alıb getməsi də göz qabağındadır. Sonda onu qeyd etmək istəyirik ki, dünya birliyi, Ermənistan rəsmilərini beynəlxalq birliyin iradəsinə tabe etdirməklə, ermənilərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini kobud şəkildə pozan, hüquqa zidd addımlarının qarşısını qətiyyətlə almalıdır.

Ədəbiyyat siyahısı:

1.Азербайджанцы напали на армянина в грузинском селе Садахло - мотивы пока не известны /26.07.2020/ https://ru.armeniasputnik.am/incidents/20200726/23889579/Azerbaydzhantsy-napali-na-armyanina-v-gruzinskom-sele-Sadakhlo---motivy-poka-ne-izvestny.html 2.Azərbaycan ərazilərinin işğal faktını tanıyan düzəliş konqresdə qəbul edilib /21.07.2020/ http://cbc.az/az/az/v_story/azrbaycan-razlrnn-al-faktini-taniyan-dzl-konqresd-qbul-edlb

3.Mehriban Əliyeva: “Heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz” /24.07.2020/ https://demokrat.az/news/46180




Baxış sayı: 1 970
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30