FACT-INFO.AZ » SİYASƏT » "Həmrəylik və birliyimiz Ermənistanı çətin sınaq qarşısında qoydu"
3-08-2020, 07:20 | SİYASƏT
"Həmrəylik və birliyimiz Ermənistanı çətin sınaq qarşısında qoydu"

Düşmənin Tovuz təxribatına cavab olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallıq göstərməsi qürurvericidir. Soydaşlarımız bir yumruq kimi birləşərək haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb etdilər. Onlar erməni lobbisinin üstün olduğu şəhər və ölkələrdə belə haqq səsimizi ucaltmaqdan çəkinmədilər. Diaspor nümayəndələrimiz mütəşəkkillik nümayiş etdirərək dünya ictimaiyyətinin diqqətini erməni vəhşiliyinə cəlb etdilər. Həmrəylik və birliyimiz Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. İşğalçı ölkəyə qarşı mübarizə Azərbaycan diasporunun daha da sıx birləşməsinə və təşkilatlanmasına gətirib çıxardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Tovuz istiqamətində törədilən hərbi təxribatdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı nazirlər arasında ziddiyyətlər, çəkişmələr daha da gərginləşib: “Paşinyanın münasibətlərinin gərgin olduğu nazirlərdən biri də Ermənistanın müdafiə naziri David Tonoyandır. Paşinyan iclasda Tonoyanı açıq şəkildə təxribatda günahlandırdı. Amma onun müdafiə nazirinə pressinqi sonadək alınmadı. Çünki Tonoyanın arxasında onu xaricdən ciddi şəkildə müdafiə edən və dəstəkləyən qüvvələr dayanır. Paşinyanın hədəfə aldığı ikinci hökumət nümayəndəsi Ermənistan Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyan idi. Baş nazir bu günlərdə diaspor rəhbərinin ortalarda görünməməsindən də bərk qəzəblənib. Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib”.

Z.Məmmədov dünya azərbaycanlılarının dinc aksiyalarına qarşı vandalizm nümayiş etdirən diaspor üzvlərinin saxlanılması və məsuliyyətə cəlb edilməsi amilinin Ermənistan rəhbərini lap məyus etdiyini deyib. Bildirib ki, ermənilər Azərbaycanın diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər. Lakin iki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə milli kimlik şüuru ilə mübarizəyə qalxdılar. Çünki bizim işimiz, mübarizəmiz haqq işidir. Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir.

“ABŞ-da, Avropada və Rusiyada dinc aksiya iştirakçılarına təcavüz nümayiş etdirənlər arasında “ASALA” terror təşkilatının üzvləri də olub. Bunu onların geyimlərindən də görmək mümkündür. Məsələn, Los-Ancelesdə və Brüsseldə geyimlərinin üzərində “ASALA” yazılmış insanları gördük. Moskvada kafedə azərbaycanlılara hücum edənlər arasında bu terror təşkilatının nümayəndələri vardı. Ermənistanın növbəti təxribatları onu göstərdi ki, onları artıq dünyada tanıyırlar. Biz də hər zaman bütün cəbhələrdə düşmənin hücumlarına hazır olmalı və cavablarını verməliyik”, - deyə Zaur Məmmədov fikrini tamamlayıb.




Baxış sayı: 1 764
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30