Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
O bildirib ki, Araz çayında suyun həcmi Kür çayından fərqli olaraq bir qədər azdır: “İri çayların ən gözəl xüsusiyyəti odur ki, onlarda təmizləmə prosesi gedir. Mingəçevir su anbarında Kür çayının ekoloji vəziyyəti yaxşılaşır, çirkləndiricilərdən əsər-əlamət qalmır. Yəni onlar hamısı norma həddinə gəlib çatır. Lakin Sabirabadda Araz çayı Kür çayına qovuşanda Kür çayı yenidən çirklənir. İrəvanda sənaye-çirkab, məişət suları Razdan çayına axıdılır. Razdan çayı isə Araz çayının ən iri qoludur”.
M. Avazova qeyd edib ki, fevral ayının III ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri ilə bağlı aparılan təhlillər ürəkaçan deyil: “Kür və Araz çaylarında bioloji maddələrin miqdarı normadan dəfələrlə çoxdur”.
Baxış sayı: 1 873
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

