FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Ermənistan Helsinki Yekun Aktının 10 prinsipinin hamısını pozub” - Azay Quliyev
2-08-2020, 07:10 | TƏDQİQATLAR-ANALITIKA
“Ermənistan Helsinki Yekun Aktının 10 prinsipinin hamısını pozub” - Azay Quliyev

Bu barədə ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, dövlətlər arasındakı münasibətlərin tənzimlənməsində hələ də aktuallığını itirməyən bu sənəd aşağıdakı 10 prinsipi özündə əks etdirmişdir:

"1. Suveren bərabərlik prinsipi; 2. Zor işlətməmək prinsipi; 3. Sərhədlərin toxunulmazlığı prinipi; 4. Dövlətlərin ərazi bütövlüyü prinsipi; 5. Mübahisənin dinc yolla həll olunması prinsipi; 6. Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi; 7. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi; 8. Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi; 9. Dövlətlər arasında əməkdaşlıq prinsipi; 10. Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.

Göründüyü kimi, Helsinki Yekun Aktını imzalayan və sonradan ona qoşulan dövlətlər yuxarıda sadalanan prinsipləri pozmayacaqlarına dair öhdəliyi öz üzərinə götürürlər. Lakin, 1992-ci ildən ATƏM-ə (daha sonra ATƏT) üzv olan Ermənistan faktiki olaraq Azərbaycana münasibətdə bu 10 prinsipin hamısını: suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsiplərini kobud şəkildə pozub.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu işğal altında saxlayan, Ermənistanda və zəbt edilən torpaqlarda yaşayan azərbaycanlılara qarşı zor tətbiq edən, milyondan çox həmyerlimizin qaçqın və məcburi köçkün olmasına səbəb olan işğalçı ölkənin bu əməllərinə hələ də beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymət verilməyib. Xüsusilə qeyd edilməli məsələlərdən biri də Ermənistanın xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipini uzun müddətdir ki, təhrif edərək öz xeyrinə istifadə etməyə cəhd etməsidir. Məsələ ilə bağlı Helsinki Yekun Aktında qeyd edilib ki, xalqların öz müqqəddəratını təyinetmə prinsipinin tətbiqi BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə ərazi bütövlüyünü pozmamaq, yəni ərazi bütövlüyünü zədələməmək şərti ilə həyata keçirilməlidir.

Buna baxmayaraq Ermənistan hələ də beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək, Dağlıq Qarabağdan bütün azərbaycanlıları zorla çıxardaraq xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında regionun hüquqi statusunu birtərəfli qaydada həll etməyə, işğalı legitimləşdirməyə uğursuz cəhdlər edir. Lakin bu ilin martın 31-də Dağlıq Qarabağda səhnələşdirdiyi seçkilərə münasibətdə olduğu kimi bütün dünya tərəfindən Ermənistanın bu qanunsuz cəhdləri rədd edilir və qəbul olunmur. Bu cəhdlər beynəlxalq ictimaiyyət tərəfindən Helsinki yekun aktının tələblərinə uyğun olaraq rədd edildikdə isə işğalçı ölkə ATƏT-in Minski Qrupu formatı çərçivəsində sülh danışıqlarını sabotaj etməyə, mövcud status-kvonunun qorunub saxlanmasına və Azərbaycana qarşı hərbi təxribatlar törətməyə başlayır.

Ermənistanın bu cür davranışının əsas səbəbi isə son 28 ildə onun cəzasız qalmasıdır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini indiyə kimi yerinə yertirməyən və Helsinki Yekun Aktının 10 prinsipindən 9-nu kobud şəkildə pozan Ermənistana qarşı beynəlxalq praktikaya və qaydalara uyğun olaraq hər hansı bir sanksiya tətbiq olunmursa və ya sülhə məcbur edilmirsə, o zaman beynəlxalq hüququn və 45 yaşı olan Helsinki Yekun Aktının dəyəri də heçə enir. Təəssüf ki, ATƏT-in təhlükəsizlik arxitekturasının acı və eyni zamanda gerçək reallığı hələlik bundan ibarətdir. Ona görə də mən Helsinki Yekun Aktının 45 illik yubileyi ilə bağlı heç kimi təbrik edə bilmirəm. Bunu çox istəsəm də...".




Baxış sayı: 1 900
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30