FACT-INFO.AZ » XƏBƏR » “Helsinki Yekun Aktı 45 il əvvəl olduğu kimi, bu gün də aktualdır”
1-08-2020, 12:35 | XƏBƏR
“Helsinki Yekun Aktı 45 il əvvəl olduğu kimi, bu gün də aktualdır”

"ATƏT-in daha da güclənməsi və təşkilatın təhlükəsizliyə hərtərəfli yanaşması Helsinki Yekun Aktında təsbit olunmuş əsas prinsiplərə və öhdəliklərə tam hörmət və onların yerinə yetirilməsi ilə bağlıdır".

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) saytı xəbər verir ki, bunu qurumun fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama Helsinki Yekun Aktının qəbul olunmasının 45 illiyi ilə əlaqədar deyib.

Fəaliyyətdə olan sədr bildirib ki, Helsinki Yekun Aktı ATƏT məkanında 40 ildən çoxdur, insan təhlükəsizliyinin inkişafına vəsilə olub.

"Helsinki Prosesi gərginliklərin azalmasına və Soyuq Müharibənin başa çatmasına səbəb olan şəraitin formalaşmasına mühüm töhfə verib. Bu Akt qarşıdurmadan işbirliyinə keçidi asanlaşdırıb və Paris Xartiyasında nəzərdə tutulan, 1995-ci ildə əsası qoyulan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaranmasına zəmin hazırlayıb", - deyə o qeyd edib.

E. Rama vurğulayıb ki, Helsinki Yekun Aktının qəbulunun ildönümünü xatırlamağın ən doğru yolu bu sənədin prinsiplərinin dövlətlərarası münasibətlərdə reallaşdırılması üçün təcili səylərin göstərilməsi və bu prinsiplərə sadiq qalmaqdır.

ATƏT sədri bildirib ki, Avropa regionunda münaqişələrin mövcud olduğu bir vaxtda təşkilatın işi, eləcə də bütün iştirakçı dövlətlərin xoş niyyəti daha çox lazımdır.

"Sülh və demokratiya sadəcə ortaq sözümüz və üfüqümüz yox, ümumi məqsədimiz olmalıdır. Öz 10 prinsipi, o cümlədən təməl azadlıqlara və insan hüquqlarına hörməti ilə Helsinki Yekun Aktı 45 il əvvəl olduğu kimi, bu gün də aktualdır. Bu tarixi razılıq bütün məsələlərdə heç də ortaq yanaşma sərgiləməyən ölkələr tərəfindən əldə olunub. O vaxt kəskin fikir ayrılıqlarına baxmayaraq, ölkələr uzaqgörənlik nümayiş etdirdilər və yarım əsrdir ki, ATƏT bölgəsinə xidmət edən hərtərəfli təhlükəsizlik sisteminin təməlini qoymağa cəsarət göstərdilər. Biz qətiyyətlə irəliləmək üçün bu ildönümündən ilhamlanmalıyıq", - deyə ATƏT sədri vurğulayıb.

O bildirib ki, etimad və inam yalnız açıq və səmimi dialoq yolu ilə formalaşa bilər, bunun üçün isə davamlı səy, səbr və əzm tələb olunur:

"Əminəm ki, ATƏT-in dialoq və birgə fəaliyyət üçün inklüziv platforması onu əməkdaşlıq üçün həlledici və davamlı foruma çevirir".




Baxış sayı: 1 733
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30