FACT-INFO.AZ » SİYASƏT » Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib
1-08-2020, 07:40 | SİYASƏT
Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

İyulun 31-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) “Ayrı-seçkiliklə mübarizə üzrə vətəndaş cəmiyyəti institutları və ümumilikdə ombudsman institutları və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığa dair müsbət təcrübələr” mövzusunda birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib.

Ombudsman aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəhs olunan tədbir hər iki beynəlxalq qurumun “Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihəsi çərçivəsində həyata keçirilib. Onlayn tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, AŞ Bakı Ofisi rəhbərinin müavini, Ombudsman Aparatının əməkdaşları, Gürcüstan və Ukraynadan olan, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyət göstərən ekspertlər, o cümlədən yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Müvəkkil Səbinə Əliyeva COVİD-19 pandemiyasının bəşəriyyət üçün ciddi təhdid olduğunu diqqətə çatdırıb. Ombudsman pandemiya dövründə ilk günlərdən əhalinin həssas qruplarının - əlilliyi olan şəxslərin, miqrantların və uşaqların hüquqlarının müdafiəsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət ünvanladığını bildirib. Vurğulanıb ki, pandemiya dövründə Ombudsman təsisatı bölgələrdə insan hüquqlarının vəziyyətini diqqətdə saxlamaq məqsədilə mütəmadi olaraq onlayn görüşlər keçirib. Eyni zamanda, Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının yerli icmaların və milli azlıqların nümayəndələri ilə görüşləri olub.

Müvəkkil cari ilin əvvəlində Ombudsman təsisatının AŞ və Aİ ilə birgə əməkdaşlığı çərçivəsində Qubada Ombudsman institutunun mərkəzi ofisinin və onun regional mərkəzlərinin əməkdaşları ilə yanaşı, rayonda yaşayan milli azlıqların nümayəndələrinin də iştirak etdiyi “Azərbaycan Ombudsmanının regional nümayəndələri üçün təcrübədə ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim seminarı” adlı təlim-seminar keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, bəhs olunan təlim-seminarın nəticələri Avropa Şurasının nümayəndələri ilə onlayn qaydada müzakirə edilib.

Səbinə Əliyeva vurğulayıb ki, Ombudsman təsisatının yeddi əməkdaşı müvafiq sahədə bilik və təcrübələrinin artırılması məqsədilə Avropa Şurasının müvafiq mövzuda onlayn kurslarına cəlb edilib və beynəlxalq ekspertlərin təcrübələrindən faydalanıb.

QHT və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edən Ombudsman Azərbaycanın tarixən multikultural dəyərlərə önəm verdiyini, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən və digər əlamətlərindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrinin daim tolerant mühitdə yaşadıqlarını, eyni hüquq və azadlıqlara malik olduqlarını bildirib. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, nəinki ölkə vətəndaşları, hətta əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, o cümlədən hüquqi şəxslər də Müvəkkilə müraciət edə bilər.

Ombudsman, həmçinin pandemiya dövründə hərbi münaqişələrdən çəkinmək, silahları susdurmaq kimi çağırışlar edən BMT-nin Baş Katibi cənab Antonio Guterreşin bəyanatını xatırladaraq 12 iyul tarixindən başlayaraq Ermənistan hərbi qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar nəticəsində mülki şəxsin və hərbi qulluqçularımızın həlak olduğunu, bunun isə Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadığını bir daha göstərdiyini bildirib. Müvəkkil baş vermiş bu təxribatın nəticələrinin, pozulmuş insan hüquqlarının yerində araşdırılması məqsədilə Tovuz rayonuna səfər etdiyini, aparılmış monitorinqin nəticələri əsasında hazırlanmış hesabatın müvafiq beynəlxalq təşkilatlara və xarici ombudsmanlara ünvanlandığını bildirib. Müvəkkil, eyni zamanda, ermənilərin ABŞ və Avropa ölkələrinin müxtəlif şəhərlərində azərbaycanlı dinc aksiyaçılara qarşı törətdikləri təxribat xarakterli hücumlara etiraz məqsədilə bəyanatla çıxış etdiyini diqqətə çatdırıb.

Tədbir vətəndaş cəmiyyəti institutları və Ombudsman təsisatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda interaktiv müzakirələrlə davam edib və Müvəkkil ona ünvanlanmış sualları cavablandırıb.




Baxış sayı: 1 919
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30