Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq verib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Vəndam kəndinin yetirməsi olan general Polad Həşimovun namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olduğunu bildirib.
Prezident İlham Əliyev icra hakimiyyətinin başçısına tapşırıq verib ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. “Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız”, - deyə dövlətimizin başçısı bildirib.
Baxış sayı: 1 519
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

