FACT-INFO.AZ » İQTİSADİYYAT » SOCAR QHT nümayəndələri ilə onlayn görüşdə insan resurslarının inkişafı proqramını müzakirə etdi
30-07-2020, 07:55 | İQTİSADİYYAT
SOCAR QHT nümayəndələri ilə onlayn görüşdə insan resurslarının inkişafı proqramını müzakirə etdi

SOCAR-da qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə insan resurslarının idarə edilməsinə dair onlayn görüş keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbir iştirakçılarını salamlamış, pandemiya dövründə dünya neft bazarında stabilliyin bərpa olunması məqsədilə Azərbaycanın “OPEC+” ölkələrinin Əməkdaşlıq Bəyannaməsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərindən bəhs etmiş, bildirmişdir ki, hasilatın azaldılması üçün bir sıra yataqların fəaliyyəti müvəqqəti dayandırılmışdır. Yataqların fəaliyyətinin dayandırılması nəticəsində boşdayanmaya yol verilən müəssisələrdə işçilərin müvafiq təlimlərə cəlb edilməsi və həmçinin kompleks qiymətləndirmə vasitəsi ilə yüksək potensiallı işçilərin müəyyən edilməsinin vacibliyini qeyd etmişdir. X.Məmmədov boşdayanma zamanı işçilərin müraciətləri nəzərə alınmaqla SOCAR-ın daxili tələbatına uyğun vakansiyalar üzrə yerləşdirilməli olduğunu vurğulamışdır.

Birbaşa iş yerlərinin dəyişməsi mümkün olmayan işçilər üçün ixtisasartırma və bəzi hallarda ikinci ixtisasa yiyələnmə məqsədi ilə silsilə təlimlərin keçirilməsi planlaşdırılmışdır. İşçilərin ixtisasartırma və ixtisasdəyişmə proqramlarına cəlb olunmasının yalnız Covid-19 pandemiyasının təsiri, yaxud dünyada neftə tələbatın azalması ilə deyil, həm də dördüncü sənaye inqilabının yaratdığı çağırışlarla əlaqədar labüdləşdiyi vurğulanmış, onların fərdi inkişaf potensialının ən optimal şəkildə reallaşdırılması üçün bu proqramın tam ədalətli şəkildə həyata keçirilməsi, prosesin şəffaflığının təmin olunmasının əhəmiyyəti xüsusi qeyd edilmişdir.

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli geniş təqdimatla çıxış etmiş, 2019-cu ildə SOCAR-ın insan resursları sahəsində əsas fəaliyyət göstəricilərindən, insan resurlarının transformasiya proqramından bəhs etmişdir. Qeyd olunmuşdur ki, daha səriştəli personalın müvafiq struktur bölmələrində saxlanılması və inkişaf etdirilməsi, boşdayanma olduğu halda işçilərin səriştəsinə uyğun digər vakansiyalar üzrə yerləşdirilməsi, bu proseslərdə obyektivliyin təmin edilməsi şirkətin əsas hədəflərindəndir. İşçilərin kompleks qiymətləndirilməsinin, əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, ixtisas (təhsil və staj) və peşəkarlıq (səriştənin qiymətləndirilməsi və test nəticələri) meyarları əsasında aparılacağı, işə qəbulun yekun seçim mərhələsinin təşkili və keçirilməsi prosesinin isə mərhələli şəkildə müəssisələrə ötürüləcəyi bildirilmişdir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, karantin dövründə SOCAR işçilərinin 29%-i vəzifə fəaliyyətlərini “evdən iş” üsulu ilə yerinə yetirmiş, bu dövrdə 4 müəssisə üzrə səriştələrin idarə edilməsi prosesinə start verilmiş, rəhbər işçilərə maarifləndirmə təlimləri keçirilmişdir. Məsafədən işləmə ilə bağlı təlimat hazırlanmış, əməkdaşlar karantin şərtləri və daxili qaydalar barədə məlumatlandırılmışdır. Bu dövrdə 80 təlim mövzusu üzrə 125 onlayn vebinar sessiyası keçirilmiş, vebinarlarda 6500-dən çox əməkdaş iştirak etmişdir. Görüşün sonunda QHT nümayəndələri onları maraqlandıran suallarla şirkət rəsmilərinə müraciətlər etmiş, fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, 2019-cu il ərzində SOCAR-ın təlim mərkəzlərində keçirilmiş ixtisasartırma, yenidənhazırlanma, maarifləndirmə təlimlərində minlərlə dinləyici iştirak etmiş, elan olunmuş vakansiyalar üzrə müsabiqə yolu ilə 1500-ə yaxın yeni işçi qəbul edilmişdir. Pandemiya dövründə onlayn vebinar formatına üstünlük verilmiş, bunun nəticəsində bu ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə təlim iştirakçılarının sayı 60%-dən çox artmışdır. Xatırladaq ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib. Nəticədə “Azeri Light” markalı neftin bir barrelinin qiyməti tarixdə qeyd olunmuş ən aşağı səviyyədən (15,81 ABŞ dolları) yüksələrək, artıq 45 ABŞ dolları səviyyəsinə qalxmışdır. Bununla belə, dünya bazarlarında pandemiya ilə əlaqədar qeyri-müəyyən şəraitin hələ bir müddət davam etməsi proqnozlaşdırılır. Bu da neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün OPEC+ formatı çərçivəsində hasilatın məhdudlaşdırılması tədbirlərinin hələ bir müddət davam etdirilməsini labüdləşdirir.




Baxış sayı: 1 503
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30