Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın heç şübhəsiz xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlığı Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlülüyünü bir daha sübut edir.
Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyət və münaqişənin həllinə bağlı fikirləri ilə əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır. Məsələ ya Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsilə həll olunmalıdır, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qarşıya qoyulan tapşırıq Silahlı Qüvvələrimiz tərəfindən tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.
Baxış sayı: 2 052
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

