FACT-INFO.AZ » XƏBƏR » Ermənilər tərəfindən törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir
25-07-2020, 14:55 | XƏBƏR
Ermənilər tərəfindən törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir

Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən təxribatlar törədilir. Bu təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir, cinayət məsuliyyəti doğuran əməllərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq və siyasi ekspert Elxan Ələsgərov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribatına etiraz məqsədilə soydaşlarımız dünyanın bir çox ölkələrində, o cümlədən Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada dinc aksiyalar təşkil ediblər. Bu aksiyaların keçirilməsində məqsəd düşmənin təxribatı ilə əlaqədar dünya ölkələrini məlumatlandırmaq və onların təcavüzkar hərəkətlərinə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsini tələb etməkdir. “Azərbaycan Ordusunun Ermənistanın son təxribatına cavabı düşməni məyus edib. Bu məğlubiyyət həm Ermənistanın daxilində, həm də xaricində siyasi hakimiyyətə qarşı narazılıq yaradıb. Bu səbəbdən soydaşlarımıza qarşı törədilən təxribatların hansı məqsədə xidmət etdiyini gözəl başa düşürük. Amma nə Ermənistan hökuməti, nə də erməni diasporu məqsədlərinə çata bilməyəcəklər”, - deyə politoloq vurğulayıb.

O qeyd edib ki, ABŞ-da və Belçikada ermənilərin təxribatları daha aydın şəkildə müşahidə edildi. Radikal qüvvələr tərəfindən çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olundu, onlara xəsarətlər yetirildi, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozuldu. Belçikada keçirilən dinc aksiyada jurnalist xanıma xəsarət yetirildi. Düşünürəm ki, Ermənistan informasiya müharibəsində uduzduğunu dərk edərək bu yola əl atıb. Son illərdə Azərbaycan diasporunun fəallaşması və hətta erməni diasporunu üstələməsi onlarda qıcıq yaradıb və onlar bunu həzm etmək istəmirlər.

Ermənilər terror hərəkatında böyük ustalığa malik olduğunu diqqətə çatdıran ekspert ermənilərin bu tipli təxribatlarının, eləcə də terrorçu fəaliyyətlərinin yeni olmadığını deyib. Bildirib ki, tarixə nəzər salsaq görərik ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər. Hazırda bu təxribatı törədənlərdə həmin terrorçuların övladlarıdır, onlardan törəyənlərdir.

Politoloq qeyd edib ki, bunu nəzərə alaraq Azərbaycanın diplomatik nümayəndəlikləri tərəfindən ehtiyat tədbirləri görülub, ermənilərin soydaşlarımıza gözlənilən təxribatı ilə bağlı yerli hakimiyyət orqanlarına məlumat verilib. Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi nümayəndəliyin yerləşdiyi ölkənin məsuliyyətindədir. Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, onların hərəkətinə hüquqi qiymət verilməlidir. ABŞ-da və Belçikada dinc aksiyada təxribat törədənlərin bir neçəsi həmin ölkələrin hüquq-mühafizə orqanları artıq tərəfindən saxlanılıb. Bu, davamlı olmalıdır.




Baxış sayı: 997
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30