FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bəyanat yayıb
24-07-2020, 07:35 | SİYASƏT
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bəyanat yayıb

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2020-ci il 23 iyul tarixli Bəyanatını rəhbər tutaraq bildiririk: iyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətdə olan erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı terror xarakterli hücumlara cəhd edir. Ermənistanın hərbi təxribatları ilə bağlı etiraz aksiyaları keçirən xaricdəki dinc azərbaycanlı icma üzvlərinə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir.

Bu xüsusda, 2020-ci il iyulun 22-də Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu - Belçika Erməniləri Təşkilatı (Comité des Arméniens de Belgique) tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib.

Azərbaycanın Belçika və Lüksemburqda yaşayan, tərkibində yaşlıların və mərd qadınlarımızın təmsil olunduğu yüzlərlə icma nümayəndələri, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız dövlətimizin və xalqımızın mənafeyinin qorunması naminə yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, mənfur ermənilərin nümayiş cəhdini iflasa uğradıblar.

Şanlı Azərbaycan bayrağının himayəsi altında qürurla birləşmiş həmvətənlərimiz dövlətçiliyimizin müdafiəsinə sipər olublar.

Onlar iyulun 12-dən etibarən təcavüzkar erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatları ifşa edən, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsini tələb edən şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər. Soydaşlarımız “Yaşasın Azərbaycan!”, “Yaşasın dövlətimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Qarabağ Azərbaycandır”, “Xocalıya ədalət!”, “Erməni işğalına son” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını bir daha bəyan edib və Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiyaya toplaşanlar Azərbaycanın dövlət himnini, hərbi marş və digər vətənpərvər mahnıları böyük sevgi ilə ifa edərək, təxribatçıların səslərini boğmağa nail olub, erməni təxribatçılarına lazımi cavabı veriblər.

Nümayiş zamanı Ermənistanın onilliklərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətini ifşa edən müvafiq beynəlxalq təşkilatların sənədləri səsləndirilib. Belçikada yaşayan bəzi türk və gürcü dostlar da azərbaycanlı aksiyaçılarımıza dəstək göstəriblər.

Məğlub və aqressiv erməni radikalları diplomatik missiyanın inzibati həyətində toplanmış və vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədiblər. Erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də “REAL TV”nın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib; diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, şüşələri sındırılıb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Hazırda olan məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Ümumilikdə baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarlarının cəzalandırılması tələb edilib.

Bütün bunlara baxmayaraq, yüksək vətənpərvərlik ruhunda olan, sülhsevər və cəsur azərbaycanlılarımız öz şüarları və bəyanatları ilə yaramaz erməni aksiyaçılarını susdurmağa nail olublar.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Avropa İttifaqı yanındakı Nümayəndəliyi bütün həmvətənlərimizə təşəkkür edir.

Azərbaycanımızın müdafiəsi naminə bir olan həmvətənlərimizlə qürur duyuruq!

Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır!”.




Baxış sayı: 966
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031