FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənilərin Gürcüstandakı Ermənistan səfirliyinin qarşısında növbəti təxribatı
23-07-2020, 06:50 | TƏDQİQATLAR-ANALITIKA
Ermənilərin Gürcüstandakı Ermənistan səfirliyinin qarşısında növbəti təxribatı

2020-ci ilin iyulun 20-də Gürcüstandakı erməni icmasının gənclər və tələbələr ittifaqının üzvləri, ermənilərin iyulun 12-dən bəri Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın Tavuş rayonundan törətdikləri təxribatlara haqq qazandırmaq məqsədilə, Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında Azərbaycanın əleyhinə təxribat xarakterli mitinq [1] təşkil etmişlər.

Həmin mitinqdə Artur Mirzoyanın [1] rəhbərlik etdiyi gənclər və tələbələr ittifaqının üzvləri həm Ermənistan-Azərbaycan sərhədində, həm də Gürcüstanda Azərbaycanın əleyhinə dair müxtəlif dillərdə təxribat xarakterli çağırışlar etmişlər.

Gürcüstanın erməni icmasının tələbə ittifaqının üzvü Vrej Arutyunyan [1], təşkilatçıların adından belə bir müraciət etmişdir: “Bu gün biz, Gürcüstanın erməni icmasının gənclər və tələbələr ittifaqının üzvləri, ölkədəki indiki vəziyyəti nəzərə alaraq, məhdudiyyətləri pozmadan həmvətənlərimizi dəstəkləməyə gəlmişik. Gürcüstanın erməni icmasının təxribatlardan çəkinməyə dair rəsmi çağırışına sadiq olaraq, biz yüksək vətəndaşlıq məsuliyyətini nümayiş etdiririk. Xatırladaq ki, vəziyyətin gərginləşdiyi andan, biz başda Azərbaycan olmaqla müxtəlif qruplaşmaların gələcək təxribatçı əməllərini proqnozlaşdıraraq bəyanat verdik və Gürcüstan vətəndaşlarını təxribata reaksiya verməkdən çəkindirməyə çağırdıq. Biz də bu gün buraya soydaşlarımızı dəstəkləmək üçün gəlmişik. Biz yenə də milliyyətindən asılı olmayaraq, Gürcüstan vətəndaşlarını istənilən təxribata uymaqdan, o cümlədən onlarda və ya təşkilatda iştirak etməkdən çəkinməyə çağırırıq. Bütün dünyanın görünməz düşmənlə mübarizə apardığı bir zamanda Azərbaycan qlobal təlatümlərdən istifadə edir, Ermənistan-Azərbaycan təmas xəttinə təcavüz edir, bununla da Ermənistanı günahlandırmağa cəsarət edir. Azərbaycan, erməni Atom Elektrik Stansiyasını partlatmaqla hədələyir ki, bu da bütün region üçün, həmçinin Gürcüstan üçün terror təhlükəsidir”.

Bəyanat Tbilisidəki səfirliyin qarşısında gürcü və ingilis dillərində səsləndirilmişdir. Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndələri, aksiyanın təşkilatçılarına, Azərbaycanın əleyhinə dair təxribat xarakterli çıxışlarına görə minnətdarlıqlarını bildirmişlər [1].

Qeyd etmək lazımdır ki, ermənilərin Azərbaycana qarşı təxribat xarakterli mitinqini, həmvətənlərinə dəstək və hətta yüksək vətəndaşlıq məsuliyyəti kimi qələmə verən Vrej Arutyunyan, əslində bugünkü erməni gənclərinin necə şovinist ruhunda formalaşmasını nümayiş etdirir. Ermənilər bir qayda olaraq, məqsədyönlü şəkildə “Böyük Ermənistan” xülyalarını reallaşdırmaq üçün təxribatçı əməllərini planlı şəkildə həyata keçirir, öz məkrli niyyətlərini gizlətmək üçün isə günahı Azərbaycanın üstünə atırlar. Gürcü əhalisini guya təxribata uymaqdan və hər hansı təşkilatda iştirak etməkdən çəkindirməyə çağıran ermənilər, əslində özləri Gürcüstan vətəndaşlarının arasında separatçı əhval-ruhiyyəni qızışdırmaqla ölkədə dini və etnik münaqişələrin yaradaraq, yerli əhaliyə qarşı kütləvi qırğınlar törətmişlər. Bu baxımdan məhz ermənilərin müxtəlif terror təşkilatlarını yaratmaları hamıya məlumdur ki, bunlara sübut olaraq da ermənilər tərəfindən 1885-ci ildə Marseldə yaradılan “Armenakan”, 1887-ci ildə Cenevrədə yaradılan “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə yaradılan “Daşnaksütyun” partiyalarını göstərmək olar [2].

Ermənilər öz bəyanatlarında, dünyanın görünməz düşmənlə yəni koronavirusla mübarizə apardığı bir vaxtda guya Azərbaycanın qlobal təlatümlərdən istifadə etdiyini qeyd edirlər ki, bu da açıq-aşkar şər və böhtandır. Qeyd etmək lazımdır ki, məhz möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi və təşəbbüsü sayəsində 2020-ci ilin iyulun 10-da rəsmi şəkildə açıq elan edilən BMT Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyası [3], Azərbaycanın pandemiya dövründə necə mühüm rola malik olduğunu hamıya göstərdi. Belə ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı məsələnin gündəmə gətirilməsi və bununla bağlı olaraq 130 ölkənin bizi dəstəkləməsi [4] Ermənistanın artıq hər tərəfdən təcrid olunmasının göstəricisi idi.

Ermənistan öz işğalçı və təcavüzkar siyasətini davam etdirdiyi halda guya Azərbaycanın təmas xəttinə təcavüz etdiyini qeyd edir. Xatırlatmaq istəyirik ki, 2020-ci ilin iyulun 12-də məhz Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu [5] istiqamətindəki atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi ələ keçirməyə cəhd göstərmiş, ermənilərin təxribatına layiqincə cavab verən hərbçilərimiz isə orada qəhrəmancasına həlak olmuşlar.

Ermənilər, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının sözlərini təhdid kimi qələmə verirlər. Halbuki Vaqif Dərgahlı [6] Ermənistan Müdafiə Nazirliyinin Mingəçevir su anbarına zərbə endirə biləcəyi ilə bağlı iddialara cavab olaraq fikrini bu cür qeyd etmişdir: “Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycan ordusunun malik olduğu ən müasir raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir”. Belə bir məqamda isə Vaqif Dərgahlının fikrindən də göründüyü kimi əslində Azərbaycan ordusunun son dərəcədə müasir və yüksək döyüş qabiliyyətinə malik güclü ordu olması Ermənistanı açıq-aşkar qorxuya salır. Qeyd etmək lazımdır ki, məhz Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsi olaraq, Azərbaycan ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusunun siyahısında yer alır [7]. Son olaraq onu qeyd etmək istəyirik ki, ermənilər tərəfindən bəyanatın, Tbilisidəki erməni səfirliyinin qarşısında gürcü və ingilis dillərində səsləndirilməsi, Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndələrinin isə bu əsassız bəyanata görə mitinqin təşkilatçılarına minnətdarlıqlarını bildirməsi, Ermənistanda ciddi xaosun, anarxiyanın və başıpozuqluğun baş alıb getdiyini bir daha sübut edir.

Ədəbiyyat siyahısı:

1. Армянская община Грузии провела акцию поддержки перед посольством Армении в Грузии /20.07.2020/ https://infoteka24-ru.turbopages.org/s/infoteka24.ru/2020/07/20/67307/

2. Erməni terror təşkilatları haqqında qısa məlumat http://www.dtx.gov.az/news405.php

3. Sergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır /10.07.2020/ https://azertag.az/xeber/Sergey_Lavrov_BMT_Bas_Assambleyasinin_xususi_sessiyasinin_kechirilmesi_barede_Azerbaycan_Prezidenti_Ilham_Aliyevin_tesebbusu_ile_bagli_muzakireler_baslanir-1533657

4. Prezident İlham Əliyev: Ermənistanın hərbi təxribatı məhz iyulun 12-də törətməsi təsadüfü deyil /16.07.2020/ https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Ermenistanin_herbi_texribati_mehz_iyulun_12_de_toretmesi_tesadufu_deyil-1538197

5. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib - Döyüş gedir /12.07.2020/ https://ordu.az/az/news/167797/ermenistan-silahli-quvvelerinin-bolmeleri-tovuz-istiqametinde-texribat-toredib-doyus-gedir

6. Ermənistan Azərbaycanın həmləsindən qorxuya düşüb Ermənistan mediasında etiraflar /16.07.2020/ https://sia.az/az/news/politics/815942.html

7. Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır /22.06.2018/ https://mod.gov.az/az/pre/23115.html




Baxış sayı: 1 414
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031