Misir Ərəb Respublikası Xarici İşlər nazirinin Avropa məsələləri üzrə müavini, Avropa İdarəsinin rəisi, səfir Bədr Əbdül-Ati Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.
Açıqlamada deyilir ki, Misir Azərbaycan və Ermənistan sərhədlərində baş verən hadisələrdən narahatlıq hissi keçirir və BMT TŞ-nın məlum qətnamələri çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Nazir müavini, səfir B.Əbdül-Ati, həmçinin Misirin Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, sözügedən münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həll edilməsinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Bədr Əbdül-Ati Qahirənin rəsmi mövqeyini iyulun 21-də ölkəmizin Misirdəki səfiri Tural Rzayevlə keçirilən görüşü zamanı ifadə edib
Baxış sayı: 828
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

