FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Yaponiyanın YouTube kanalında Ermənistanın Azərbaycan sərhədində təxribatı barədə veriliş yayımlanıb
20-07-2020, 08:15 | MƏDƏNİYYƏT
Yaponiyanın YouTube kanalında Ermənistanın Azərbaycan sərhədində təxribatı barədə veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” YouTube kanalında iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və dünya ölkələri haqqında YouTube üzərindən məlumatlar yayan kanalda bu dəfə Ermənistanın bu günlərdə Azərbaycanın Tovuz rayonunda artilleriya qurğularndan və digər ağır silahlardan istifadə etməklə yaratdığı təxribat barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, həmin hücum nəticəsində hər iki tərəfdən 10-dan çox hərbiçi və Azərbaycan tərəfdən bir mülki vətəndaş həlak olub.

Verilişin aparıcıları Kazuyası İşida və Yasuhiro İşibaşi əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanın yaranan xaosdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etməsi barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, ötən əsrin 20-ci illərində Azərbaycanın Zəngəzur rayonunun Ermənistana birləşdirilməsindən sonra ermənilər qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən, tarixən Azərbaycan torpağı olan Dağlıq Qarabağı da ələ keçirməyə çalışıblar. XX əsrin 90-cı illərində baş verən silahlı münaqişə Ermənistan qoşunları tərəfindən Dağlıq Qarabağın və onun ətrafında yerləşən yeddi rayonun işğalı ilə nəticələnib. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə baxmayaraq, Ermənistan həmin torpaqları geri qaytarmaq istəmir. Məhz Ermənistan rəhbərliyinin destruktiv mövqeyi nəticəsində münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar nəticə vermir.

Azərbaycanın zəngin neft və qaz yataqlarına malik olması, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolundan bəhs edən aparıcılar budəfəki hücumun istiqamətinə diqqət çəkərək, Tovuz rayonunun strateji əhəmiyyətinə toxunublar. Qeyd ediblər ki, Azərbaycanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu məhz bu ərazidən keçir. İyulun 12-də başlanan hücumun da məqsədi məhz həmin strateji obyektlərə təhlükənin yaradılması olub. Bildirilib ki, Ermənistanın bu hücumu heç bir nəticə verməyib və Azərbaycan ordusunun cavab atəşi erməniləri geri çəkilməyə məcbur edib.

Verilişdə Azərbaycanın enerji siyasəti, Avropa ölkələrinin enerji təminatında onun rolu, “Şah dəniz” qaz yatağı, TANAP və TAP layihələri barədə də ətraflı bəhs olunub.

Azərbaycan rəhbərliyinin münaqişəni sülh yolu ilə həll etmək niyyətindən bəhs edən aparıcılar Azərbaycan Prezident İlham Əliyevin bu istiqamətdə apardığı geniş siyasət, ərazilərin dinc yolla azad edilməsi üçün göstərdiyi fəaliyyət barədə də məlumat veriblər. Qeyd ediblər ki, Azərbaycan Prezidenti dəfələrlə Ermənistanı işğalçı siyasətdən əl çəkməyə, işğal altında olan torpaqlar azad edildikdən sonra dinc qonşuluq münasibətlərinin qurulmasına çağırsa da işğalçı dövlət bu siyasətindən əl çəkmir. Bununla yanaşı, qeyd edilir ki, güclü, müasir silahlarla təchiz edilmiş Azərbaycan ordusu işğal altında olan torpaqları azad etməyə qadirdir.

Verilişdə Azərbaycanın mövqeyinin dünyanın bir çox ölkələri tərəfindən müdafiə olunduğu da qeyd edilib. Misal olaraq, Ukraynanın nümayiş etdirdiyi mövqeyə görə bu ölkənin Yerevanda yerləşən səfirlyinin ermənilər tərəfindən hücuma məruz qaldığı yapon izləyicilərin diqqətinə çatdırılıb.




Baxış sayı: 1 175
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30