FACT-INFO.AZ » XƏBƏR »  AQSİA Prezidentin çağırışına dəstək verdi
18-07-2020, 15:25 | XƏBƏR
 AQSİA Prezidentin çağırışına dəstək verdi

"Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni hücumunun qarşısı qətiyyətlə alınıb. Erməni tərəfi ciddi itkilər verərək geri çəkilməyə məcbur olub. İyulun 12-dən bəri eyni istiqamətdə davam edən şiddətli döyüşlərdə düşmənin döyüş imkanlarına ciddi zərbə vurularaq, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Əlbəttə, zəfər olan yerdə itki də labüddür. Çox təəssüf ki, qəhrəman hərbçilərimizi, igid döyüşçülərimizi itirdik, analarımızın, övladlarımızın gözü yaşlı qaldı. Amma əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Dövlətimizin, Ali Baş Komandanın əzmlə həyata keçirdiyi siyasət torpaqlarımızın hər qarışının düşmən tapdağından azad olunacağı günü hər dəqiqə yaxınlaşdırır.

Cənab Prezident! Bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bu dönəmdə ölkəmizdə amansız xəstəliyə, gözəgörünməz düşmənə qarşı vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına əminlik yaradıb. “Biz birlikdə güclüyük” devizi altında gördüyünüz işlər - hər an xalqın yanında olmağınız, gərgin iş rejiminiz, gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, qısa müddətdə qurulan xəstəxanalar, maska, spirt istehsalı müəssisələri - bu problemdən tez və daha az zərərlə qurtulmağı şərtləndirən faktorlardır. İki düşmənlə eyni vaxtda uğurla mübarizə aparmaq böyük liderlərin taleyidir, alın yazısıdır. Əlbəttə, ölkəmizin qərb bölgəsində baş verənlər bir vətəndaş kimi biz sahibkar xanımları da həm narahat edir, həm də ZƏFƏR gününü qed etməyə ruhlandırır. Tovuz istiqamətində mənfir düşmənin təxribatına verilən cavabla başlayan şiddətli döyüşlər xalqımızı bir nəfər kimi ayağa qaldırdı. Ordumuza dəstək vermək müharibə şəraitində olan ölkənin hər bir vətəndaşının borcudur. Xalqımızın bu məqsədlə küçələrə axışması qürurvericidir. Sizin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə döyüşdə iştirak etmək istəyənlərə etdiyiniz müraciət bütün xalqımız üçün çağırışdır. Bir vətəndaş kimi bu çağırışa qoşulan Azərbaycanda Qadın sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA-nın) sıralarında birləşən yüzlərlə sahibkar xanımlar olaraq hər an dövlətimizə, ordumuza xidmət göstərməyə hazırıq. Assosiasiyamızın üzvləri iqtisadiyyatın ən müxtəlif sahələrində uğurla təmsil olunan xanımlardır. Qida sənayesində, tibb sahəsində fəaliyyət göstərən, strateji məhsulların istehsalı ilə məşğul olan müəssisə sahibləri olan bizlər hər an DÖVLƏTİMİZİN, ORDUMUZUN yanındayıq!

Cənab Ali Baş Komandan! Tarixin bu məsuliyyətli dönəmində biz - AQSİA üzvləri torpaqlarımızın işğaldan azad olunması, əhalinin təhlükəsizliyinin təmin olunması, erməni terroristlərinin bütün təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti dəstəkləyir və Birliyimiz, Vətənimiz, Torpaqlarımz yolunda bir əsgər kimi əmrinizə tabeyik!"




Baxış sayı: 789
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30