FACT-INFO.AZ » XƏBƏR » Niderlandda yaşayan soydaşlarımız etiraz aksiyası keçirərək dünya birliyini Ermənistanın təcavüzkarlığına son qoymağa çağırıblar
18-07-2020, 09:00 | XƏBƏR
Niderlandda yaşayan soydaşlarımız etiraz aksiyası keçirərək dünya birliyini Ermənistanın təcavüzkarlığına son qoymağa çağırıblar

“Ermənistan təcavüzkarlığı dayandırsın!”, “Dinc və günahsız azərbaycanlılara toxunmayın!”, “Ədalətsizliyə son qoyulsun!”, “Torpaqlarımızdan çıxın!”, “Ermənistan beynəlxalq hüquqa riayət etsin!”, “Ermənistan BMT–nin qətnamələrinə əməl etsin!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan, qeyri-konstruktiv mövqeyindən əl çək!”, “Azərbaycana qarşı təxribatların qarşısı alınsın!”, “Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxsın!”, “Zorakılığa son!”, "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır!”.

AZƏRTAC xəbər verir ki, bu şüarlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq Niderland Krallığının parlamenti qarşısında keçirilən aksiyada səsləndirilib.

Etiraz aksiyasında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan və Türkiyə icmalarının üzvləri, onların niderlandlı dostları, tələbələrimiz iştirak ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, “Odlar Yurdu” Niderland Azərbaycan Birliyinin sədri Firəngiz Bağırova, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, BAK İdarə Heyətinin üzvü Lamiyə Babayeva, Hollandiyada təhsil alan tələbə Ayxan Hüseynov nümayişdə çıxış edərək, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan, hərbi təcavüzdən danışıblar. Onlar təcavüzkarı dayandırmaqla bağlı çağırışlar ediblər.

Aksiya iştirakçıları Niderland parlamentinə bəyanat ünvanlayıb və erməni təcavüzünün qarşısının alınması məqsədilə petisiya irəli sürüblər.

Niderland parlamentinə ünvanlanan bəyanatda Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təcavüz pislənilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə alması nəticəsində 76 yaşlı əlil dinc sakin həlak olub. Azərbaycan Ordusunun 11 hərbçisi, o cümlədən general, polkovnik və mayorlar Azərbaycan torpaqlarını və əhalisini təcavüzkar Ermənistanın hücumlarından müdafiə edərkən şəhid olublar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon 30 ildir ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün doğma yurdundan didərgin salınıb.

Vurğulanıb ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin dörd qətnaməsini (822, 853, 874 və 884) Ermənistan kobud şəkildə pozur.

Qarşıdurmanın nəticələrini aradan qaldırmaq və işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxarmaq əvəzinə Ermənistan iyulun 12-də Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təcavüz törədərək, yeni mövqelər ələ keçirmək və bölgədəki gərginliyi artırmaq məqsədini güdür. Ermənistan silahlı qüvvələrinin təxribat aktı, eləcə də bu ölkənin rəhbərliyinin son hərəkətləri və açıqlamaları bölgədəki gərginliyin artmasına xidmət edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara maneçilik törədir.

Bəyanatda beynəlxalq ictimaiyyət Azərbaycanın mülki əhalisinin erməni hərbçiləri tərəfindən hədəfə alınmasına qarşı qəti mövqe bildirməyə və Ermənistanın qanunsuz hərəkətlərini pisləməyə çağırılıb. Vurğulanıb ki, Ermənistanın bu təcavüzü Niderland da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə pislənilməlidir. Ermənistanın cəzasız qalması İrəvanı yeni hərbi təcavüzlərə və təxribatlara sövq edir. “Avropa İttifaqını, Niderlandı Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın qanunsuz fəaliyyətinə reaksiya verməyə və onu qınamağa çağırırıq”, - deyə aksiya iştirakçıları Niderland parlamentarilərinə müraciət ediblər.




Baxış sayı: 1 119
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30