FACT-INFO.AZ » CƏMİYYƏT » Formal danışıqlardan substantiv və məqsədyönlü danışıqlara keçmək vaxtı çoxdan çatıb
17-07-2020, 08:35 | CƏMİYYƏT
Formal danışıqlardan substantiv və məqsədyönlü danışıqlara keçmək vaxtı çoxdan çatıb

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi ən son təxribatlarla bağlı bu ölkənin çoxsaylı oxucu kütləsinə malik “The London Post” onlayn informasiya portalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, səfir dünyanın pandemiya ilə mübarizə apardığı bir müddətdə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatları bu ölkənin işğal edilmiş Azərbaycan torpaqlarında son bir neçə aydakı təxribatlarının davamı olduğunu söyləyib.

Tahir Tağızadə qeyd edib ki, Ermənistanın son toqquşmaları başlatmaqda əsas məqsədi münaqişənin miqyasını daha da genişləndirmək və Azərbaycanı beynəlxalq sərhəddə hərbi əməliyyatlara təhrik etməklə üçüncü tərəfləri, o cümlədən üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini özünün qondarma müdafiəsinə cəlb etməkdir.

Son hadisələrə Böyük Britaniyanın reaksiyası ilə bağlı suala cavab verərkən səfir T.Tağızadə bu xüsusda bu ölkənin Xarici İşlər Nazirliyinin tərəfləri nəticəyə yönəlmiş danışıqlara səsləyən və münaqişənin birdəfəlik həllinin tapılması zərurətini vurğulayan 14 iyul tarixli bəyanatını alqışladığını nəzərə çatdırıb. Səfir, həmçinin 13 iyul tarixində Britaniya Parlamentinin İcmalar Palatasında irəli sürülən və Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünü qətiyyətlə pisləməyə, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə çağıran qətnamə sənədinə də diqqət çəkib. T.Tağızadə bir çox hallarda Azərbaycana qarşı qərəzli mövqe tutan bir sıra Britaniya KİV-lərinin son hadisələri işıqlandırarkən nisbətən obyektiv mövqe sərgiləməsini də müsbət dinamika kimi qiymətləndirib.

Müsahibəsində səfir Ermənistanın son məkrli addımlarına dünya ictimaiyyətinin reaksiyasının böyük əhəmiyyət daşıyacağını da xüsusi vurğulayıb. O qeyd edib ki, xüsusən Azərbaycanın Britaniya da daxil olmaqla Qərbdəki tərəfdaşları öz mövqelərini formalaşdırarkən işğalçı ilə işğala məruz qalan arasındakı fərqi ayırd etməlidir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına münasibət bildirərkən səfir əlavə edib ki, formal danışıqlardan substantiv və məqsədyönülü danışıqlara keçmək vaxtı çoxdan çatıb.




Baxış sayı: 975
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30