FACT-INFO.AZ » XƏBƏR » “Bu dəfə onların köməyinə havadarları çatmayacaq”
16-07-2020, 12:20 | XƏBƏR
“Bu dəfə onların köməyinə havadarları çatmayacaq”

İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu Ağdam kəndi istiqamətində erməni silahlı birləşmələri növbəti dəfə Azərbaycan torpaqlarına minaatanlardan və qumbaralardan silahla atəş açıblar və təxribat törədiblər. Azərbaycan ordusu düşmənə layiqli cavabını verib.

Fact-info.az xəbər verir ki, Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib.

“Əldə etdiyimiz məlumatlara görə xeyli sayda düşmən məhv edilib. Bu Ermənistanın Azərbaycana qarşı və Azərbaycanın sərhəd boyu torpaqlarına qarşı təxribat törətməsi ilk dəfə deyil. Azərbaycan ordusu bugün istənilən təxribata cavab vermək iqtidarındadır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, düşmən öz layiqli cavabını həmişə alıb və bundan sonra da alacaq. Şəhidlərimizin heç bir zaman qisası yerdə qalmayacaq”, – deyə R.Qonaqov vurğulayıb.

Politoloq bildirib ki, düşmənin bu təxribatı növbəti dəfə bir daha onu göstərdi ki, Ermənistan işğalçı və terrorçu ölkədir.

“Dünya birliyi, dünya ictimaiyyəti, ATƏT-in Minsk Qrupu təxribatçını, işğalçını öz adı ilə çağırmalı, məhz Ermənistan həm Azərbaycan üçün, həm dünya birliyi üçün qara ləkədir və bu ölkə öz layiqli cəzasını almalıdır”.

Sədr həmçinin qeyd edib ki, Qarabağ istiqamətində qoşunların təmas xəttində də əgər bu təxribatlar baş verərsə (və bu da istisna olunmur), sözsüz ki, aprelin 2016-da baş verən döyüşlər yenidən təkrarlanacaq. Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaq.

“Azərbaycan ordusu hər an, hər dəqiqə öz torpaqını azad etmək əzmindədir və Ali Baş Komandanın əmrini gözləyir. Sadəcə olaraq ermənilərin ATƏT-in Minsk Qrupuna (Rusiya, Fransa, ABŞ-a) yalvarışları nəticəsində atəşkəs rejimi yenidən bərpa olunub. Ermənilər bunu başa düşmürlərsə, yaqin ki, Azərbaycan onlara başa salmaq məcburiyyətindədir, çünki biz kiminsə ərazisini işğal etməmişik, biz öz torpaqlarımızı azad etməliyik. Ya Ermənistan rədd olub getməlidir Azərbaycan torpaqlarından, ya da Azərbaycan öz torpaqlarını istər sülh yolu ilə, istərsə də hərb yolu ilə azad edəcək.

Azərbaycan ordusu hər an düşməni yerinə nəinki otuzdurmağa, öz torpaqını qısa zamanda, heç bir ay olmaz ki, bütün torpağlarımızı azad etmək gücündədir. Ermənistan bugün vassal, terrorçu və işğalçı ölkədir və bu ölkə bugün yalnız müəyyən havadarlarına arxalanır, amma bu dəfə onların köməyinə də havadarları çatmayacaq”.




Baxış sayı: 1 031
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031