Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov mülki şəxslərin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayır.
Baş katib qeyd edib ki, TÜRKPA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi, Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.
Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələri üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Baxış sayı: 1 122
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

