“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi yeni layihənin başlanğıcına start verib. “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Postpandemiya dövrünə adaptasiya və gigiyenik qaydalara əməl olunmasının vacibliyi” layihəsi həyata keçirəcək.
Məlumat üçün qeyd edək ki, layihə koronavirus (Covid-19) pandemiyası dövründə əhalinin maarifləndiirlməsinə yönəlik formatda həyata keçiriləcək. Layihə dövründə maarifləndirici buklet hazırlanıb çap olunacaq və əhaliyə paylanılacaq. Layihənin icrası zamanı Ağsuda yaşayan aztəminatlı ailələrə ərzaq yardım paketlərinin çatdırılması nəzərdə tutulur.
Təşkilatın sədri Fatma Hacıyeva qeyd edib ki, indiki zamanımızda ən vacib qarşıda dura məsələlərdən biri də koronavirus (Covid-19) virusu ilə mübarizədir və icrası nəzərdə tutulmuş layihənin başlıca məqsədi də Postpandemiya dövründə insanları düzgün şəkildə maarifləndirmək və gigiyenik qaydalara əməl olunmasının vacibliyini çatdırmaqdır. Bunun üçün də insanları düzgün davranışları və özlərini qorumaları üçün kifayət qədər maarifləndirmə layihələrinin keçirilməsinə ehtiyac vardır. Qeyd edək ki, layihə 3 ay ərzində həyata keçiriləcək.
Baxış sayı: 1 151
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

