FACT-INFO.AZ » XƏBƏR » Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi
11-07-2020, 07:45 | XƏBƏR
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti getdikcə genişlənir. Bunun növbəti nümunəsi kimi, “Kapital Bank” tərəfindən sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa etdirilib və bu gün binadakı mənzillər həmin vətəndaşlara təqdim olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, “Kapital Bank”ın rəsmisi Tural Ayvazlı iştirak ediblər.

H.Abdullayev Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə də ölkəmizdə heç bir sosial proqramın təxirə salınmadığını, əksinə, bu proqramların uğurla davam etdirilərək, daha da genişləndirildiyini vurğulayıb.

Nazir müavini bildirib ki, dövlət başçısının çağırışına uyğun olaraq bu gün ölkəmizdə özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti getdikcə genişlənir. Məcburi köçkünlər üçün “Qobu-1”, “Qobu-2” və “Qobu-3” yaşayış komplekslərinin özəl sektorun hesabına salınması da bunun əyani təzahürlərindən biridir. 2020-ci il mayın 28-də “Qobu Park-3” yaşayış kompleksinin açılışında “Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu” deyə bildirən Prezident İlham Əliyev yaşayış kompleksinin salınmasında xüsusilə “Paşa Holdinq” şirkətinin fəaliyyətini qeyd edib. Dövlət başçısı bütün Azərbaycan şirkətlərinə müraciət edərək həmrəylik göstərməli və sosial məsuliyyət daşımalı olduqlarını bildirib.

H.Abdullayev vurğulayıb ki, “Kapital Bank” tərəfindən korporativ sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli, 3 bloklu yaşayış binasının inşa etdirilməsi də özəl sektorun sosial layihələrə fəal şəkildə qoşulmasının növbəti uğurlu nümunəsidir. Bu, həmçinin şəhid ailələrinin, müharibə əlillərinin rifahı üçün dövlətin apardığı ardıcıl işlərə özəl sektorun yaxından dəstək verdiyinin bir göstəricisidir.

Nazir müavini bütün sosial proqramlar kimi, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının da geniş miqyas aldığını deyib. O, Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verildiyini qeyd edib. O, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğunu bildirib. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla, bu il artıq 370-ədək mənzilin, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7970 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.

İ.Abbasov Prezident İlham Əliyevin həssas əhali qruplarına diqqət və qayğısından bəhs edib, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin olunmalarının da bunun bir əyani göstəricisi olduğunu vurğulayıb.

T.Ayvazlı dövlət başçısının çağırışına uyğun olaraq, “Kapital Bank”ın da sosial layihələrdə fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, işsiz və əlilliyi olan şəxslər, məcburi köçkün və aztəminatlı ailələr üçün müxtəlif tədbirlər həyata keçirir. Bu dəfəki sosial aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilib və bununla da “Kapital Bank” şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan ardıcıl işlərə öz töhfəsini verdi.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların rifahı üçün aparılan mühüm işlərə, həmçinin mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Bu mənzillər Şirvan şəhəri və ətraf rayonlardakı şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.




Baxış sayı: 1 054
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30