FACT-INFO.AZ » SİYASƏT » Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib
10-07-2020, 08:05 | SİYASƏT
Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib

İyulun 9-da Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib.

Sözügedən İşçi Qrup Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında videokonfransının Bəyannaməsinin müvafiq bəndinə əsasən təsis edilmiş və Qrupa Qoşulmama Hərəkatı üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı İşçi Qrupun sədri qismində Azərbaycan nümayəndə heyəti tərəfindən Təmas Qrupunun Zirvə Görüşündən ötən müddət ərzində İşçi Qrupun formalaşdırılması və QH üzv dövlətlərinin ehtiyacları ilə bağlı məlumat bazasının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verilib və hazırlanmış məlumat bazası iştirakçılara nümayiş etdirilib.

Görüşdə Qoşulmama Hərəkatına üzv olan bir çox dövlətin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli məsələlər üzrə Baş direktoru xanım Mişel Bokkoz və qurumun Əməliyyatlar və Təchizat məsələləri bölməsinin rəhbəri Paul Molinaro iştirak ediblər.

ÜST nümayəndələri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidentinə COVID-19-a qarşı mübarizə sahəsində beynəlxalq səylərə, o cümlədən ÜST-nin fəaliyyətinə verdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edərək ölkə başçısının təşəbbüsü ilə təsis olunan hazırkı İşçi Qrupunun fəaliyyətinə dəstək bildiriblər. ÜST nümayəndələri, həmçinin QH sədri qismində Azərbaycan tərəfindən ÜST-ə təqdim olunmuş müvafiq məlumatlar əsasında təşkilat tərəfindən QH üzv dövlətlərinə yardım göstərilməyə başladığını qeyd edib və bu istiqamətdə QH-nin İşçi Qrupu ilə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacaqlarını vurğulayıblar.

Daha sonra görüşdə iştirak edən QH üzv dövlətləri çıxış edərək Hərəkatın sədri qismində Azərbaycanın COVID-19-a qarşı mübarizə sahəsində həyata keçirdiyi intensiv fəaliyyətə görə ölkəmizə təşəkkür edib və pandemiyaya qarşı mübarizə sahəsində öz ölkələrində görülən işlər barədə məlumat veriblər.

Görüşün yekununda İşçi Qrupun fəaliyyəti ilə bağlı növbəti addımlar planlaşdırılıb.




Baxış sayı: 1 257
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30