Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizimlə əlaqə saxlayıb və yaxın günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olacağını deyiblər. Bu barədə azvision.az -a Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
"Bizdən məktub götürdülər. Mən də nəvələrinin şəkillərini, videolarını xahiş etdim ki, atama çatdırsınlar. Problem olmadığını dedilər. Bundan başqa, xahiş etdim ki, atamdan şəkil və ya videogörüntü gətirsinlər. Artıq 3 ildir ki, onun nə şəklini, nə videosun görürük".
Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Baxış sayı: 1 064
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

