Əlahiddə Ümumqoşun Ordunun reaktiv raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana əsasən yaylım atəşli reaktiv sistemlər “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.
Şərti düşmənin fəaliyyətinin yerüstü kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə izlənildiyi təlimdə yaylım atəşli reaktiv sistemlərdən planlı və plandankənar hədəflərə qurğu, batareya və divizionlar tərkibində atışlar icra edilib.
Təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə edən bölmələr yeni aşkar olunmuş hədəfləri məhv ediblər.
Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası mövzusunda keçirilən təlimdə tapşırıqlar uğurla yerinə yetirilib.
Baxış sayı: 1 102
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

