FACT-INFO.AZ » XƏBƏR » “Şərq Tərəfdaşlığı” regionundakı tərəfdaşlarımızın yanındayıq”
2-07-2020, 14:25 | XƏBƏR
“Şərq Tərəfdaşlığı” regionundakı tərəfdaşlarımızın yanındayıq”

“Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasının səbəb olduğu bu çətin anlarda “Şərq Tərəfdaşlığı” regionundakı tərəfdaşlarının yanındadır”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilk dəfə olaraq virtual formatda keçirilən “Şərq Tərəfdaşlığı” Gənclərinin İştirakçılığına dair Sammitdə deyib.

O bildirib ki, Aİ regiondakı tərəfdaşlarının vacib səhiyyə ehtiyaclarına cavab vermək və iqtisadi bərpa prosesinə kömək etmək üçün əhəmiyyətli bir dəstək paketi təqdim edib: “Region ölkələrinə dəstək çatdırılarkən biz həmrəyliyin və əməkdaşlığın şahidi olduq. Bu gün mən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaşları arasında ən etibarlı xarici institut olduğunu söyləməkdən məmnunam. Bu həmrəylik və dayanıqlıq ruhunu, eləcə də gənclərin rolunu ötən ay baş tutan Aİ-nin 27 üzv ölkənin və “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin qatıldığı videokonfransda müzakirə etdik”.

O. Varhelyi “Şərq Tərəfdaşlığı” ölkələrinin virtual sammitində gələcək üçün hədəflərin müzakirə olunduğunu qeyd edib: “Biz iqtisadiyyat, əlaqələnmə, yaşıl transformasiya, rəqəmsallaşma, eləcə də ədalətli və inklüziv cəmiyyətlər sahəsində əməkdaşlıq etməyə razılaşdıq. Bunların hamısı gələcək üçün vacib sahələrdir. Gənclərin bu sahələrdə müəyyən payı və rolu var. Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada gəncliyin gücləndirilməsi Aİ üçün prioritetdir və gələcək illərdə də prioritet olaraq qalacaq. Gəncliyə investisiya hər zaman ən yaxşı sərmayədir. Gənclər üçün əmək bazarının tələbləri və tələb olunan bacarıqların təminatı üçün hökumətlərlə birlikdə yeni əməkdaşlığa başlayacağımızı bildirməkdən məmnunam. Bu, gənclərin qlobal miqyasda rəqabətə davamlı olmasına imkan yaradacaq və həm də onların regionda yüksək keyfiyyətli iş tapmalarına imkan verəcək. Bundan əlavə, "Erasmus+" da daxil olmaqla, mobillik və mübadilə proqramlarını inkişaf etdirəcəyik. Bu proqramlar çərçivəsində 2025-ci ilə qədər 25 000-dən çox tələbə, tədqiqatçı, müəllim və 75 000 gənc və gənc işçi üçün mobillik imkanları təqdim etməyi hədəfləyirik. Gənclər Şuraları vasitəsilə şəbəkə quraraq gənclərin liderliyini və siyasi qərarvermə proseslərində aktiv iştirakını dəstəkləyəcəyik”.




Baxış sayı: 1 498
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30