FACT-INFO.AZ » SİYASƏT » Elçin Əhmədov: Müstəqil xarici siyasəti olmayan təcavüzkar Ermənistannın insan hüquqlarından danışmağa haqqı yoxdu
29-06-2020, 10:05 | SİYASƏT
Elçin Əhmədov: Müstəqil xarici siyasəti olmayan təcavüzkar Ermənistannın insan hüquqlarından danışmağa haqqı yoxdu

r, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Ancaq son illərdə işğalçı Ermənistanda baş verən hadisələr, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur.

Bununla yanaşı, 2020-ci ilin 16 iyun tarixində “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilməsi və s. son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, xüsusilə “Trensparency İnternational”, “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Repartyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra Qərb təşkilatlarının səssizliyi acı təəssüf doğurur.

Məlum olduğu kimi, 1999-cu il oktyabrın 27-də Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədrini, baş naziri və daha 6 nəfəri - parlament sədrinin 2 müavinini, millət vəkillərini və hökumət üzvünu güllələmişlər. Daha sonra 2008-ci il martın 1-də Emənistanda hakimiyyəti qəsb etmiş cinayətkar, xunta rejimi tərəfindən İrəvanda baş verən qanlı iğtişaşlarda 10 nəfər dinc sakin öldürülüb, 200-ü müxtəlif dərəcəli xəsarət alıb, daha 100 nəfər isə həbs edilib. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. 2008-ci ilin 1-2 mart tarixlərində İrəvanda baş vermiş hadisələrdən sonra hazırlanan videomateriallarda bildirilir ki, 2008-ci ilin martında baş verənlərə görə əsas məsuliyyət Serj Sarkisyanın üzərinə düşür. Çünki həmin vaxt məhz o, güc strukturlarının İrəvana yeridilməsində birbaşa səlahiyyətə sahib olub. Dövlət terrorunu rəhbər şəxslər əllərində olan bütün resurslardan istifadə edərək törədiblər. Bu müddətdə isə heç nə dəyişməyib. On il əvvəl vətəndaşlar hakimiyyətin necə əleyhinə idilərsə, bu, indi də elədir. Hökumət vəzifəsini zor gücünə ələ keçirən cinayətkar dəstə Ermənistanı ancaq fəlakətə sürükləyib. Qeyd etmək lazımdır ki, bu hadisələrə bir sıra yuxarıda adı çəkilən və insan hüquqlarından, eləcə də demokratiyadan ağız dolusu danışanlar adi bir bəyanat belə vermədilər.

Bu baxımdan, beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan bəzi antiAzərbaycan dairələr və təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham bildirməyiblər. Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Qeyd etmək lazımdır ki, Ermənistan terror, diktatura, irqi, milli, dini və siyasi azadlıqların təqib olunması prinsipləri ilə idarə edilir. Ona görə də hakimiyyətdə kimin, yəni, Sarkisyanın, Köçəryanın, yaxud da “demokrat” olduğunu bəyan etsə də, əksinə, yeni diktatura rejimi yaradan Paşinyanın olması işğalçı ölkənin idarəetmə mahiyyətini dəyişmir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu vurğulayaraq qeyd etmişdir ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlət başçısı qeyd etdi ki, bu, əslində, onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil: “Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır”.

Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı antiazərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Şübhəsiz ki, antiazərbaycan xarakterli gərəksiz kagız parçalarının hazırlanmasında da erməni lobbisi, onun təsiri altında olan antiazərbaycan dairələr, o cümlədən bəzi insan haqlarının müdafiəsi adı altında fəaliyyət gostərən beynəlxalq QHT və müxtəlif KİV nümayəndələri yaxından iştirak edirlər.

Ancaq Azərbaycana qarşı ikili standartlar siyasətinin uzun müddətdir ki, davam etdiyini göstərir. Həmçinin, AŞPA-nın saxta məlumat əsasında “məruzə””lər dərc olunur və qətnamələr qəbul edilir. Bununla yanaşı, təşkilatın “hesabat” və “monitorinq”ləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil xarici siyasət yürüdən dövlətlərə təzyiq məqsədi daşıyır.Bütün bu səylərə baxmayaraq, onların etdiyi cəhdlər indiyə kimi heç bir nəticə verməmişdir. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab vermiş və qarşı tərəfin özünü ifşa etmişdir. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.

Ermənistanda baş verən hadisələrə insan hüquqlarından və demokratiyadan dərs keçənlər göz yumur, seyrçi mövqedən yanaşır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 30 ilə yaxındır ki, həll olunmaması barədə bir sıra yuxarıda adı çəkilən və insan hüquqlarından, eləcə də demokratiyadan “dərs” keçənlər səsini çıxarmır. Bununla yanaşı, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır.

Ancaq qeyd etmək lazımdır ki, Qərb texnoloqları on illər boyunca həyata keçirdikləri səmərəsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidirlər. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı muzdlu “ekspertlər”in müəllif yazılarından, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışırlar. Azərbaycan bu cür qərəzli kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib. Bu baxımdan, bəzi ermənipərəst dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bir sıra “hesabatlar”ın qəbul edilməsi, xüsusilə müxtəlif xarici KİV-lərdə Azərbaycan əleyhinə yazıların işıq üzü görməsi, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması göstərir ki, proseslərin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar.

Bununla yanaşı, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərmiş və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakı zamanı demişdir ki, artıq dərin böhran içində olmaqla yanaşı, həmçinin Ermənistanın müstəqillik tarixinin prinsipcə rüsvayçılıq tarixidir, yəni, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslərin cinayətkar kimi bir çoxunun həbs edildiyini vurğuladı: “...2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.

Azərbaycan Prezidenti qeyd etdi ki, Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq: “İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara - özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır. Ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır”.

Bütün bunlar onu söyləməyə əsas verir ki, müstəqil xarici siyasət yürüdən Azərbaycanla təcavüzkar, eləcə də faşist ideologiyası yürüdən, terrorizmi dövlət səviyyəsində dəstəkləyin Ermənistanı heç bir sahədə müqayisə etmək olmaz. Qeyd etmək lazımdır ki, son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 30 ilə yaxındır ki, həll olunmaması barədə bir kəlmə belə deyilmir. Bununla yanaşı, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Amma bunun qarşılığında Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunsa da, ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi qurumlar məsələ ilə bağlı real təsiri olan heç bir qərar qəbul etməyiblər.

Azərbaycan Prezidentinin son vaxtlarda səsləndirdiyi fikirləri bir daha xatırlamaq lazımdır: “Ermənistanda faşistlərə abidələr ucaldılır, bugünkü Ermənistan rəhbərliyi faşistlərə xidmət etmiş adamı qəhrəman kimi təqdim edir: “Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.

Prezident İlham Əliyev son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa etdərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunmuş və daim milli maraqlara söykənmişdir.

Elçin Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru




Baxış sayı: 3 647
TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər Bu gün, 13:30 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Bu gün, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Bu gün, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Bu gün, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Bu gün, 09:30 “Azərbaycan kəlağayısı günü” Bu gün, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930