FACT-INFO.AZ » XƏBƏR » Əcnəbi media azərbaycanlı məcburi köçkünlərdən yazıb
29-06-2020, 09:00 | XƏBƏR
Əcnəbi media azərbaycanlı məcburi köçkünlərdən yazıb

ABŞ-ın “Big League Politics” portalında Azərbaycandakı məcburi köçkünlərə, xüsusilə də qadın və uşaqların üzləşdikləri problemlərə həsr edilmiş “Məcburi köçkün böhranı: həssas əhalinin ən həssas təbəqəsi” sərlövhəli məqalə dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 20 iyun tarixinin Beynəlxalq Qaçqınlar Günü kimi qeyd edilməsi kontekstində məcburi köçkün probleminin də diqqət mərkəzində saxlanılmasının önəmi vurğulanır. Bildirilir ki, məcburi köçkünlər beynəlxalq sərhədləri aşmadıqları üçün onların hüquqlarını tənzimləyən universal mexanizmin olmaması dünyada bu problemi daha da dərinləşdirir.

Yazıda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk respublika olmuş və hələ XX əsrin əvvəllərində Azərbaycanda qadın məktəbləri açılmışdı. “Təhsilli qadın həm də təhsilli cəmiyyət və millət deməkdir. Bunu anlayan Azərbaycan cəmiyyətində qadınların hüquqları, xüsusən də təhsil hüququ hər zaman qorunub və Azərbaycan qadınları cəmiyyətin bərabərhüquqlu üzvləri olublar. Lakin Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində məcburi köçkünə çevrilmiş minlərlə insan içərisində qadınların qarşılaşdıqları müharibə dəhşətləri, fiziki və mənəvi zorakılıq, öz yurd-yuvalarından didərgin düşməklə təhsil, səhiyyə və bu kimi digər həyati əhəmiyyətli xidmətlərdən məhrum olmaları, öz doğmalarını və gələcək ümidlərini itirmələri və digər faciələr onları ən həssas təbəqəyə çevirib”, - deyə müəllif qeyd edib.

Diqqətə çatdırılır ki, üzləşdikləri bütün dəhşətlərə baxmayaraq, məcburi köçkün qadınlar Azərbaycanın digər bölgələrində yeni həyata başlayaraq öz bacarıqlarını və təhsillərini inkişaf etdirmək, həyata yeni optimist nəzərlərlə baxmaq imkanı əldə edib, övladlarını böyüdüblər. Onların içərisində əzmkarlıq göstərərək keçmişin dəhşətlərinə qalib gəlməyi bacaran və uğur əldə edənlər isə nailiyyətlərini həm də bu çətinliklərə dözə bilməyib həlak olanların xatirəsinə həsr edirlər.

Müəllif yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər, xüsusən də qadın və uşaqların öz torpaqlarına qayıdaraq layiq olduqları həyat sürəcəklərinə inamını ifadə edir.




Baxış sayı: 931
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30