FACT-INFO.AZ » SİYASƏT » Əcnəbi mediada Paşinyan rejiminin əsl mahiyyətini ifşa edən məqalə dərc olunub
24-06-2020, 08:15 | SİYASƏT
Əcnəbi mediada Paşinyan rejiminin əsl mahiyyətini ifşa edən məqalə dərc olunub

İtaliyanın “L’Opinione” qəzetində italiyalı jurnalist Domeniko Letizianın müəllifi olduğu “Ermənistan: şübhəli demokratiya və Vatikandakı Ermənistan səfirliyinin sirri” sərlövhəli məqalə dərc edilib. Məqalədə son dövrdə Ermənistanda baş verən mürəkkəb daxili siyasi proseslər, baş nazir Nikol Paşinyanın hakimiyyətin mənimsənilməsi istiqamətində atdığı addımlar, təhlükəsizlik qurumlarının rəhbərlərinin son istefaları, konstitusiyaya son mübahisəli dəyişikliklərin qəbulu, hakim rejimin siyasi opponentlərə qarşı həyata keçirdiyi təqiblər, Ermənistanın ikinci və üçüncü prezidentləri və onların ailə üzvlərinin, o cümlədən sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı sabiq səfirinə qarşı açılmış istintaq işləri, müxalifət tərəfindən baş nazir və həyat yoldaşına qarşı qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı irəli sürülən ittihamlar, hökumətin yarıtmaz fəaliyyətinin Ermənistanda ağır sosial-iqtisadi vəziyyətə, pandemiyanın ağır nəticələrinə gətirib çıxarması və bu məsələlərə münasibətdə beynəlxalq reaksiyalar barədə danışılıb.

Fact-info.az AZƏRTAC-a istinadən məqalənin tərcüməsini təqdim edir:

Mövzunun İtaliya mətbuatında yer almamasına baxmayaraq, beynəlxalq və Qafqaz kütləvi informasiya vasitələri Ermənistanda hakim sinfin davranışı və pandemiyanın ağır vəziyyəti nöqteyi-nəzərindən baş verənləri diqqətlə izləyir. Ermənistan son bir neçə həftə ərzində hüquq-mühafizə orqanlarının rəhbərlərinin, o cümlədən Ermənistan Silahlı Qüvvələri baş qərargahının rəisi, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və Ermənistan polisinin rəisinin ard-arda istefası ilə yadda qalıb.

Baş nazir Nikol Paşinyanın müxalifətçilərə qarşı davam edən təqibləri, habelə N.Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın həyata keçirdiyi qeyri-qanuni iqtisadi fəaliyyətlər ilə bağlı son xəbərlər vəziyyəti daha da gərginləşdirən amillər olub. Xatırladaq ki, iyunun əvvəlində Ermənistanın baş naziri özünün və ailəsinin koronavirus testinin nəticələrinin müsbət çıxdığını elan etmiş və bir müddət öncə görüşlərin birində əlcək taxmadan ona bir stəkan su təqdim edən və sonradan koronavirus testi zamanı müsbət nəticə göstərən birindən yoluxduğunu bəyan etmişdi. İyunun 21-nə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxan xəstələrin sayı 20 min 588 nəfər, virusdan ölənləri sayı isə 360 nəfər olub ki, bu da Cənubi Qafqaz ölkələri arasında ən acınacaqlı, kritik vəziyyətin Ermənistanda olduğunu göstərir.

2018-ci ilin yazında məxməri inqilaba rəhbərlik edərək hərbi-xunta rejimini devirməklə beynəlxalq mətbuatda məşhurlaşan N.Paşinyan ölkədə həqiqi demokratiyanı bərqərar edəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətdə gözləntilər yaradıb. Lakin 2018-ci ilin dekabrında keçirilən parlament seçkilərindən sonra baş nazir kimi atdığı ilk addımlardan biri siyasi rəqiblərinə qarşı genişmiqyaslı təqiblərin başlanması olub. Belə ki, N.Paşinyanın birbaşa təlimatı ilə Ermənistanın ikinci və üçüncü prezidentlərinə, müvafiq olaraq Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işləri açılıb. Nəticədə R.Köçəryan həbs edilib. Serj Sarkisyanın yaxınları da hədəfə alınıb. Keçmiş prezidentin qardaşı oğlu Hayk Sarkisyan cinayət, qanunsuz silah əldə etmə və silah saxlamaqda ittiham olunub. Bundan əlavə, eks-prezidentin digər qardaşı oğlu Narek Sarkisyana, qardaşı Levon Sarkisyana və onun övladlarına qarşı cinayət araşdırmaları başlanıb.

Bununla yanaşı, Ermənistanın Vatikandakı səfirliyinin də dolayısı olaraq baş qəhrəman kimi cəlb olunduğu çox spesifik bir daxili vəziyyət də yaranıb. Belə ki, bu Qafqaz ölkəsində ən çox mübahisələrə səbəb olan cinayət işlərindən biri Ermənistanın Vatikandakı keçmiş səfiri, Sarkisyanın kürəkəni Mikael Minasyanla bağlıdır. Sözügedən səfirin adı ölkə tərəfindən beynəlxalq axtarışda olan cinayətkarların rəsmi siyahısına daxil edilib. Onun hazırda harada olmasına dair rəsmi məlumat olmasa da, İtaliyadakı erməni icmasının qeyri-rəsmi məlumatlarına görə sabiq diplomatın İtaliyada gizləndiyi hesab edilir. M.Minasyan dələduzluqda, çirkli pulların yuyulmasında və iqtisadi məlumatların qanunsuz ötürülməsində ittiham olunur. M.Minasyan isə öz növbəsində, baş nazir N.Paşinyanı və onun həyat yoldaşı A.Akopyanı korrupsiyada və ölkənin maraqlarına xəyanətdə ittiham edib. M.Minasyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan və həyat yoldaşı A.Akopyan 50 min ton metal qırıntısının qanunsuz ixracının iştirakçılarıdır. M.Minasyan, həmçinin N.Paşinyanı beynəlxalq silah alverində və qeyri-qanuni almaz ticarətində, Ermənistanın dövlət xəzinəsindən gəlirlərin və vəsaitlərin götürülməsində ittiham edib.

Xatırladaq ki, pandemiyanın başlanğıcından bəri Ermənistan və hazırkı hökumətin qeyri-qanuni beynəlxalq daşımalarla bağlılığına dair çoxsaylı xəbərlər işıq üzü görüb. Ermənistan KİV-lərinin məlumatına görə, aprelin sonlarında Rusiya Federasiyasının Təhlükəsizlik Xidməti Krasnodarda göyərtəsində qara bazar üçün 40 ton siqaret daşıyan Ermənistan nümayəndələri olan bir təyyarəni saxlayıb. Eyni şəkildə Voronej vilayətində də külli miqdarda qanunsuz siqaret ələ keçirilib.

Ermənistan parlamenti Baş Prokurorluğun müraciəti əsasında iyunun 16-da “Çiçəklənən Ermənistan” partiyasının sədri, yerli iş adamı Qagik Tsarukyanın deputat toxunulmazlığı ləğv edib. Q.Tsarukyan N.Paşinyanı xalqa yalan danışmaqda, ölkədəki iqtisadi, sosial və səhiyyə sahəsində real vəziyyəti xalqdan gizlətməkdə, eləcə də ölkədə tüğyan edən koronavirus pandemiyası ilə mübarizə istiqamətində işi düzgün təşkil etməməkdə günahlandırır. O bildirib ki, N.Paşinyan inqilabi dəyişikliklər etmədiyi üçün hökumətin tərkibi tamamilə dəyişməlidir. Müxalifətdə təmsil olunan “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının deputatları Q.Tsarukyanla bağlı bu səsverməni boykot etsələr də, hökumət partiyasını təmsil edən deputatların səsi onun toxunulmazlığının ləğvi ilə bağlı qərarın qəbulu üçün yetərli olub. Q.Tsarukyanın həbsinə etiraz edən vətəndaşlara qarşı yerli polis tərəfindən zorakılıq nümayiş etdirilib və 250-yə yaxın şəxs həbs edilib. İstintaqa cəlb edilən Q.Tsarukyana qanunsuz biznes fəaliyyəti nəticəsində dövlətə 62 milyon dollar ziyan vurduğu barədə ittiham irəli sürüb.

Nəhayət, iyunun 22-də Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və digər üzvlərin səlahiyyətlərinə dair Konstitusiyaya mübahisəli düzəlişləri qəbul edib. Bununla bağlı parlamentin növbədənkənar iclasını boykot edən müxalifət partiyaları bu düzəlişlərin qəbulunu konstitusiya quruluşunun devrilməsi və hakimiyyətin N.Paşinyan tərəfindən mənimsənilməsi kimi qiymətləndirirlər.

Baş nazir hakimiyyətə gəldikdən sonra demokratiya adı altında həyata keçirdiyi siyasi təqiblərdən istifadə edərək siyasi və ictimai xadimləri zərərsizləşdirməyə çalışıb. Hazırda Cənubi Qafqaz regionunda koronavirus pandemiyası ilə bağlı ən pis vəziyyət Ermənistanda hökm sürür. Ermənistanın müxalifət partiyaları, eyni zamanda, ictimai təşkilatlar hökumətin bu sahədə həyata keçirdiyi tədbirlərin qeyri-effektiv olduğunu və vəziyyətin tamamilə nəzarətdən çıxdığını bəyan edərək hökuməti istefa verməyə çağırırlar. Bu, beynəlxalq ictimaiyyəti də narahat etməli olan bir vəziyyətdir. Hazırda Ermənistandakı Amerika səfirliyi və Avropa İttifaqının nümayəndəliyi qarşısında aktivist qrupların etirazları davam edir. Onlar siyasi müxalifətlə əlaqəli olan yüzlərlə insanın həbsinə və son dövrlərdə çirkli pulların yuyulmasına və beynəlxalq qanunsuz ticarətə dair hazırkı hökumətin fəaliyyətinə etiraz edirlər. Nəhayət, Avropa Xalqlar Partiyasının sədri Donald Tusk Ermənistanda baş verən hadisələrdən narahatlığını ifadə edərək Ermənistan hökumətini müxalifətə qarşı qanunsuz təzyiqləri dayandırmağa çağırıb”.

Müvafiq keçid linki:

http://www.opinione.it/esteri/2020/06/23/domenico-letizia_armenia-pandemia-persecuzioni-pashinyan-hakobyan-vaticano-sargsyan/

Aygün Əliyeva




Baxış sayı: 1 476
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031