XIX əsrin görkəmli filosoflarından biri olan Hacı İsmayıl Siracəddin 1782-ci ildə Şamaxı xanlığının Kürdəmir kəndində anadan olmuşdur. İlk təhsilini Məhəmməd Nuri əfəndidən almışdır. Daha sonra isə İslam ölkələrinə gedərək mükəmməl dini təhsil alır. Bağdadda nəqşbəndiyyə təriqətinin mürşidi seçildikdən sonra doğma vətəni Kürdəmirə qayıdır.
Kürdəmirdə Nəşqbəndiyyənin yayılması ilə məşğul olur. Minlərlə müridi olan Hacı İsmayıl əfəndi Şeyx Şamilin də ilk müəllimi olmuşdur. Müridləri sırasında Mir Həmzə Nigari və Şeyx Mahmud əfəndi Almalı da olmuşdur. 1826-cı ildə II Rus-Qacar savaşı zamanı Hacı İsmayıl Ərzuruma ordan da Amasya şəhərinə gedir.
Amasyada məskən salaraq öz müridlərini ətrafına toplayır. 1848-ci ilə qədər Amasya şəhərində fəaliyyət göstərmişdir. 1848-ci ildə vəba xəstəliyindən dunyasını dəyişmişdir. Məzarı Şamlar qəbristanlığındadır. Rüştü Paşa, Əhməd Hulusi əfəndi və Hacı Mahmud Əfəndi adlı üç övladı olmuşdur. Rüştü Paşa dövlət orqanlarında çalışmış və Osmanlı imperiyasının Baş Vəziri vəzifəsinədək yüksəlmişdir. Digər oğlu Əhməd Hulusi əfəndi İstanbul Qazisi olmuşdur.
Nurəlı İsmayılov
Baxış sayı: 1 432
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

