FACT-INFO.AZ » XƏBƏR » Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı əsgərlərin xatirəsi yad edilib
22-06-2020, 10:45 | XƏBƏR
Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı əsgərlərin xatirəsi yad edilib

Fransanın Tarn-et-Garonne departamentində Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun döyüşçülərinin alman faşistləri tərəfindən həlak edilməsinin 76-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev, Tarn-et-Garonne departamentinin deputatı Valeri Rabo, Montoban və Vassiyak şəhərlərinin merləri və meriyalarının nümayəndələri, şəhər sakinləri, Kabertat Partizan Hərəkatı Dostları Assosiasiyasının üzvləri iştirak ediblər.

Əvvəlcə, İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsinə ucaldılmış abidə önündə azərbaycanlı əsgərlərin şücaəti hörmətlə xatırlanıb və abidələri önünə əklillər qoyulub.

Vüqar Ağayev İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların faşizm üzərində qələbəyə böyük töhfə verdiyini xatırladaraq, 600 mindən artıq həmvətənimizin müharibədə iştirak etdiyini və onların yarısının həlak olduğunu bildirib. Azərbaycanlıların Avropadakı Müqavimət Hərəkatının bir çox üzvləri ilə çiyin-çiyinə vuruşmasından söz açıb. Əhmədiyyə Cəbrayılovun İkinci Dünya Müharibəsində iştirakı haqqında məlumat verib.

Himnlər və partizan mahnısı səsləndirilib, bayraqlar endirilib.

Tədbir iştirakçıları Fransanın azadlığı uğrunda rəşadətlə vuruşmuş azərbaycanlı əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tarn-et-Garonne departamentinin deputatı Valeri Rabo və Kabertat Partizan Hərəkatı Dostları Assosiasiyasının prezidenti Mişel Pu Armed Mişel, eləcə də digər azərbaycanlı əsgərlərdən danışmış və onların Fransa torpaqlarının faşist işğalından azad edilməsindəki şücaətlərindən söz açıblar. Azərbaycanlı əsgərlərin xatirəsinin heç vaxt unudulmayacağı vurğulanıb.

Qeyd edək ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgər Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə xaçı”, “Hərbi şücaət xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.




Baxış sayı: 1 487
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30