FACT-INFO.AZ » XƏBƏR » Hikmət Şikarov: Koronavirusla mübarizədə vətəndaşların həmrəylik nümayiş etdirməsi vacibdir
20-06-2020, 14:50 | XƏBƏR
Hikmət Şikarov: Koronavirusla mübarizədə vətəndaşların həmrəylik nümayiş etdirməsi vacibdir

Bu baxımdan, güclü liderin cəmiyyət tərəfindən hamılıqla qəbul edilməsində, onun rəhbəri olduğu toplunun milli və mənəvi dəyərlərini mükəmməl mənimsəməsi, eləcə də inkişafa bağlı mütərəqqi, həmçinin ən mürəkkəb vəziyyətlərdə həlledici siyasi strategiyasının və ümummilli məsələlərlə bərabər, ümumbəşəri problemlərin önlənməsində qətiyyətli və cəsarətli addımların atılması kimi məziyyətlərinin olması xüsusi spesifik formalaşdırır.

Dünyanın üz-üzə olduğu, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi Covid-19 virusununun fəsadları ilə indiyə qədər ən ciddi müqavimət gücü nümayiş etdirən ölkələr sırasında Azərbaycanın adı müsbət mənada fərqlənənlərdəndir. Virusun dünyaya yayılmağa başladığı ilk gündən etibarən, Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atmışdır. Azərbaycanın lideri, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmiş məqsədyönlü siyasi strategiyadır və beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı.

İldırım sürətilə yayılan koronavirus pandemiyası qısa zaman ərzində dünyanı lərzəyə saldı. Səhiyyəsi, iqitisadiyyatı və ümumiyyətlə həyat səviyyəsi göstəricilərinə görə ən qabaqcıl ölkələr belə pandemiyanın yayılmasının qarşısında aciz qaldı. Azərbaycanda isə ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu.

Bəşəriyyəti bürüyən koronavirus pandemiyasının tamamilə məhv edilməsində, yer üzündən silinməsində müstəsna rol oynayan amillərdən biri dövlətlərin birliyi, həmrəyliyidir.

Bu gün virusdan xilas edilməyin yolu əlbəttə ki, bəşəri həmrəylikdən keçir. Pandemiyanın ilk dalğalarının yayılmağa başladığı ilk günlərdə Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoya bildi.

Bəli, Azərbaycanın koronavirusa qarşı mübarizəsinin əsasında xalqın milli və mənəvi dəyərlərindən irəli gələn pandemiya əleyhinə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilən tədbirlərə qarşı həmrəylik, eləcə də ümumbəşəri xilas ideyalarına loyallıq durur. Birmənalı şəkildə demək mümkündür ki, bu məsələdə ən öndə olan faktor Azərbaycan xalqının öz liderinə sonsuz inamıdır. Bu gün cəmiyyətdə cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Biz birlikdə güclüyük” şüarı ağır sınaq qarşısında milli birliyin leytmotivi kimi bütün insanların dilində səslənir.

Onun meydana çıxması xalqımızın mənəviyyatına bələdçiliyin və etiqadın, həmçinin zaman nöqteyi-nəzərdən pandemiya kimi ciddi məsələlərə qarşı xüsusi həssaslığın bariz nümunəsini nümayiş etdirir. Necə ki, ölkəmiz bu çətin sınaqla üz-üzə qaldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, hər kəs öz fəaliyyət sahəsində çiyin-çiyinə mübarizə aparmaqla həmrəylik nümayiş etdirmişdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan hakimiyyəti öz gücünü birbaşa olaraq Azərbaycan xalqından alır.

Azərbaycan dövlətinin bu virusla mübarizədə müəyyənləşdirdiyi əsas taktiki yol, insanların özlərini qorumaqla dövlətə dəstək olmasıdır. Yəni dövlət zəruri olmadığı təqdirdə, lüzumsuz yerə böyük insanları təhlükə ilə üz-üzə qoymamağa çalışır. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti əhalini təhlükə qarşısında tək qoymaq niyyətindən tamam uzaqdır. Xüsusən, yaşlı nəslin qorunması, diqqət mərkəzində saxlanılması bütün dünyada virusun dəhşət saçdığı dövrdə əsl humanizm nümunəsidir.

Mübarizənin əsas prinsiplərindən biri insan qruplarını pandemiyaya yoluxmaqdan təcrid etməkdir. Bunun üçün “Evdə qal, Azərbaycan!” şüarı fəal şəkildə təbliğ olunur. Bütün proses boyunca müşahidə olunan əsas məqam ondan ibarətdir ki, dövlət insanların bu prinsiplərə şüurlu şəkildə riayət etməsi, təhlükənin miqyasını başa düşməsi üçün bütün imkanlarını səfərbər edir. Virusla mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərin tətbiq olunma səbəbləri, prinsipləri geniş şəkildə cəmiyyətə izah edilir.

Bütün qonşu ölkələrlə sərhədlərin bağlanması və martın 24-də tətbiq edilən karantin rejimi əsas iqtisadi fəaliyyətlərin dayanması ilə nəticələndi. Dövlət və büdcə təşkilatlarında çalışanlar öz əmək haqlarını almağa davam etsə də və bəzi müəssisələrdə maaşlar dövlət yardım paketi ilə kompensasiya olunsa da, bu karantin rejimi rəsmi əmək müqaviləsi olmayan işçilərə, qeydiyyatsız çalışanlara, rəsmi işçi statusu olmayanlara mənfi təsir etdi. Prezident İlham Əliyev bu il martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısının bu Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və artıq bu istiqamətdə addımların atılmasına start verildi. Aprelin 17-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı. Ölkə ərazisində mart ayının 24-dən elan olunmuş karantin rejiminin şərtlərini aprel ayının 5-dən etibarən gücləndirməklə ölkə ərazisində virusa yoluxma sayının minimuma endirilməsinə nail olundu. Bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən may ayının 18-dən etibarən şərtlərin yüngülləşdirilməsi, SMS-icazə sisteminin ləğv edilməsi qüvvəyə mindi. Lakin bu nəticələr növbəti günlərdə edilən laqeydlik və karantin qaydalarına əməl olunmaması nəticəsində yenidən mənfiyə doğru dəyişdi.

Azərbaycanda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək hər bir zaman mövcud qaydalar və şəxsi gigiyena, zəruri profilaktik qaydalara əməl etməsi vacibdir. Bunun ilk siqnalını ölkə Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərində sakinlərlə görüşündə bildirib. Prezident qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq: “Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır”.

Ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir.

Karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında yayılma riski böyükdür. Hər bir Azərbaycan vətəndaşı pandemiya dövründə öz məsuliyyətini dərk edərək karantin rejimi qaydalarına ciddi əməl etməlidir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov




Baxış sayı: 1 463
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930