FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Milli təhlükəsizlik məsələsi
20-06-2020, 09:25 | TƏDQİQATLAR-ANALITIKA
Milli təhlükəsizlik məsələsi

Ermənistanın Azərbaycana təcavüzü, müxtəlif silahlı dəstələr, hakimiyyət uğrunda mübarizə və s. ölkəmiz üçün yaxşı hec nə vəd etmirdi. O dövrün mətbu orqanları yaranmış vəziyyət haqqında yazılar dərc edir, xalqı şayiələrə uymamağa çağırırdı. "Azərbaycan" qəzeti 1993-cü il 30 iyun tarixli sayında yazırdı ki, müstəqillik əldə etməklə iş bitmir. Hazırda ancaq və ancaq əldə etdiyimiz dövlətçiliyimizi saxlamağa kömək etmək lazımdır. Müstəqilliyimizi itirməyə haqqımız yoxdur. Bu azmış kimi Rusiya televiziyasının "Vesti" proqramı belə bir məlumat yaymışdı ki, guya Azərbaycanın Ousar rayonunda keçirilən mitinq xüsusi polis dəstəsi tərəfindən dağıdılmış, nəticədə ləzgi millətindən olan 7 nəfər həlak olmuşdu. "Xalq qəzeti" (1993,11 mart ) bu məlumatın yalan olması barədə Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin bəyanatını dərc etməklə söz-söhbətə son qoydu. Belə xoşagəlməz hallar, provokasiya tipli xəbərlər Azərbaycanın milli inkişafı və təhlükəsizliyinin təmin olunması işini ləngidirdi.

Demokratiya yolunda öz kövrək addımını atan Azərbaycan dövləti milli təhlükəsizliyin təmin olunmasını özünün prioritet məsələsi hesab edirdi. Bu məqsədlə 2004- cü ildə "Milli Təhlükəsizlik haqqında" qanun qəbul edildi. Bu qanun Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəlmişdi. Qanunun 1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir". Qanun həmçinin Milli Təhlükəsizlik Konsepsiyasının (MTK ) yaradılması işini sürətləndirdi. Həmin il Prezidentin sərancamı ilə konsepsiyanın hazırlanması üzrə işçi qrupu yaradıldı.

Beləliklə, 2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası hazır oldu. Milli təhlükəsizlik siyasətinin əsasını təşkil edən konsepsiya uzunmüddətli strateji vəzifə və prioritetləri özündə əks etdirən konseptual sənəddir.

Milli təhlükəsizlik siyasətinin əsasını dövlət müstəqilliyinin və ərazi bütövlüyününün qorunması, vətəndaş cəmiyyətinin təsisatlarının inkişafı, vətəndaş cəmiyyətinin formalaşması, insan və azadlıqlarının təmin olunması, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizliyə töhfə vermək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir.

Bu gün üçün ölkə olaraq qarşımızda duran ən böyük problem Dağlıq Qarabağ münaqişəsinin həllidir. Çox təəssüf ki, indiyədək bu problem öz həllini tapmayıb. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı ( BMT ) Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib (822,853,874,884 ), Ermənistan bu qətnamələrə məhəl qoymur, işğal etdiyi ərazilərdən çıxmır. Yeri gəlmişkən, BMT-nin qəbul elədiyi qətnamə ilə bağlı bildirmək istəyirəm ki, bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü "Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə" kimi qiymətləndirilir. Bu, çox yanlış fikirdir. Təhlükəsizlik Şurası "Ermənistan-Azərbaycan müharibəsi" ifadəsini dilinə gətirmək əvəzinə, "münaqişə" ifadəsini işlədir. Bu müharibədə Azərbaycanın 20 faiz ərazisi işğal olunub, bir milyondan artıq vətəndaşlarımız köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub. Bu məntiqsizlik 30 ilə yaxındır davam edir.

ATƏT-in Minsk qrupu da (ABŞ, Fransa, Rusiya ) bu münaqişəni sülh yolu ilə nizama salmaq istəyir, lakin bacarmır. Ona görə bacarmır ki, Ermənistanı işğalçı kimi qəbul etmir.

Milli təhlükəsizliyə qarşı daxili və xarici təhdidlər də mövcuddur. Bu təhdidlər Milli Təhlükəsizlik Konsepsiyasında öz əksini tapıb:

* Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;

* qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət;

* separatçılıq, etnik, siyasi və dini ekstremizm;

* terrorçuluq və kütləvi qırğın silahların yayılması;

* regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq;

* Azərbycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət;

* Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;

* İqtisadi qeyri-sabitlik;

* Peşəkar insan ehtiyatlarının çatışmazlığı;

* Regional hərbləşdirmə;

* Ekoloji problemlər.

Milli Təhlükəsizlik Konsepsiyası ilk növbədə dövlət müstəqilliyinin təmin edilməsini ön plana çəkir. Yuxarıda göstərilən təhdidlərin qarşısının alınmasında kütləvi informasiya vasitələrinin (KİV ) də rolu az deyil. Tədqiqatçı Xalid Niyazov yazır ki, KİV bu təhdidlərin hər hansı biri real olduqda onun aradan qaldırılması üçün həyata keçirilən dövlət siyasətini dəstəkləmək və təbliğ etməklə faktiki olaraq öz təhlükəsizliyini, ümumilikdə cəmiyyətin təhlükəsizliyini təmin etmiş olur. Bir hadisəni yada salaq. 1993-cü ilin iyun ayında ölkəmizin cənubunda qondarma Talış-Muğan Respublikası elan olunmuşdu. O günlər "Azərbaycan bölünməzdir","Ləyaqətsiz əməllər pislənilir", "Qəti tədbirlər görülməlidir" başlıqları ilə çıxan qəzetlər bu rüsvayçı hadisəni pisləyir, oxucuları ayıq olmağa, provakasiyaya uymamağa çağırırdı. Mətbuat Azərbaycan və talış xalqları arasındakı qarşılıqlı münasibətlərə həsr olunmuş yazılara daha çox yer ayırırdı. Onlardan biri - iqtisad elmləri doktoru Vaqif Niftullayevin vətənpərvərlik ruhunda yazılmış məqaləsi "Azərbaycan" (1993, 21 avqust) qəzetində dərc olunmuşdu. Müəllif haqlı olaraq yazırdı ki, heç kəs istəməz ki, Azərbaycan xalqı etnik qurumlara parçalansın. Bu kimi faktlar xalq kütlələrinin mətbuatla əlaqəsini, onun fəaliyyətindəki rolunu dəqiq nümayiş etdirir.

ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laureatı Henri Kissincerin fikrincə, milli təhlükəsizlik siyasəti cəmiyyətin bütün fəaliyyətini əhatə edir, cəmiyyət öz həyati mənafelərini təmin etməyə çalışır, həmçinin beynəlxalq aləmdə öz vəzifələrini həyata keçirməyə səy göstərir. Milli təhlükəsizliyin formalaşmasında milli maraqların və milli dəyərlərin mühüm əhəmiyyəti var. Təhlükəsizlik şəraiti həm milli maraqlar, həm də milli dəyərlər üçün çox vacibdir. Məhz bu aspektdən yanaşanda milli maraqlar, milli dəyərlərlə təhlükəsizlik məsələləri bir-birini tamamlayan anlayışlardır və onların təmin olunmasında dövlətçiliyin qorunub saxlanması əsas götürülür. Bu mənada deyə bilərik ki,Azərbaycan dövləti milli təhlükəsizliyin təmin olunması məsələsində üzərinə düşən vəzifəni uğurla yerinə yetirir.

Akif RÜSTƏMOV

BDU-nun professoru




Baxış sayı: 1 488
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30