FACT-INFO.AZ » SİYASƏT » Anar Ələkbərov: KİV COVİD-19 ilə mübarizədə, xüsusilə də əhalinin maarifləndirilməsi istiqamətində böyük rol oynayır
20-06-2020, 08:55 | SİYASƏT
Anar Ələkbərov: KİV COVİD-19 ilə mübarizədə, xüsusilə də əhalinin maarifləndirilməsi istiqamətində böyük rol oynayır

Fact-info.az trend-ə istinadən məlumat verir ki, görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov KİV-in COVİD-19 ilə mübarizədə, xüsusən də əhalinin maarifləndirilməsi istiqamətində böyük rol oynadığını bildirib. Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən görüş zamanı Anar Ələkbərov bildirib ki, pandemiyanın ilkin mərhələsində müxtəlif çətinliklər proqnozlaşdırılsa da, Prezident İlham Əliyevin əsas prioritetlərindən biri məhz vətəndaşların sağlamlığının qorunması olub və hökumətin fəaliyyəti Prezidentin bu strategiyası üzərində qurulub.

Onun sözlərinə görə, bu prioritet və strategiya çərçivəsində ölkə ərazisindəki xəstəxanalar lazımı avadanlıqla təchiz edilərək pandemiyaya qarşı hazır vəziyyətə gətiriliblər. Bütün bunlarla yanaşı, xaricdə yaşayan, təhsil alan həmvətənlərimiz də Prezident İlham Əliyevin göstərişi və xüsusi diqqəti ilə Azərbaycana gətiriliblər. Anar Ələkbərov qeyd edib ki, Azərbaycan Prezidentinin strategiyası sayəsində xəstəliyi nəzarət altına almaq mümkün olub və hazırda bu strategiyaya uyğun lazımı işlər görülməkdədir. Pandemiyaya qarşı mübarizədə sadəcə dövlətin deyil, eyni zamanda vətəndaşların da səfərbər olmasının vacibliyini qeyd edən Anar Ələkbərov bildirib ki, hazırda xəstəliyin yayılma riskinin azalması üçün vətəndaşlar daha diqqətli olmalı, Operativ Qərargahın təyin etdiyi davranış qaydalarına əməl etməlidirlər.

Anar Ələkbərov bildirib ki, ictimai yerlərdə, nəqliyyatda və əhalinin sıx toplaşdığı yerlərdə Operativ Qərargahın təyin etdiyi davranış qaydalarına riayət etməyə hər bir vətəndaş ilk növbədə özü maraqlı olmalıdır.

Bütün bunlarla yanaşı sadalanan məkanlarda sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd edən Prezident köməkçisi tibbi maskaların taxılmasına nəzarətin gücləndirilməsi üçün aidiyyatı qurumlara da tapşırıqların verildiyini bildirib.

Görüş zamanı Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov KİV nümayəndələrinin pandemiya ilə mübarizə sahəsində fikirləri əsasında qeydlər aparıb və bu fikirlərin cəmiyyətdə pandemiyaya qarşı ictimai rəyin formalaşmasında önəmli olduğunu bildirib.

Anar Ələkbərov KİV və dövlət qurumları arasında əməkdaşlığın vacibliyinə toxunaraq bildirib ki, məsələ hər zaman diqqət mərkəzində olub, bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək və KİV təmsilçiləri ilə görüşlər mütəmadi xarakter daşıyacaq.

Görüşdə iştirak edən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı KİV təmsilçilərinin suallarını cavablandırıb və koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan səhiyyəsinin əldə etdiyi uğurları sadalayıb.

Ramin Bayramlı bildirib ki, Heydər Əliyev Fondunun Azərbaycan səhiyyə sisteminin koronavirusla mübarizəyə hazır olması üçün göstərdiyi xidmətlər əvəzsizdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov da öz növbəsində ictimai yerlərdə və eləcə də, qapalı məkanlarda tibbi maskaların istifadəsinin zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş ilk növbədə özü, ailəsi və sağlam gələcək üçün səy göstərməlidir.




Baxış sayı: 1 240
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30