FACT-INFO.AZ » XƏBƏR » "Ermənistanın daha çox zərbə almasının şahidi olacağıq"
12-06-2020, 14:25 | XƏBƏR
"Ermənistanın daha çox zərbə almasının şahidi olacağıq"

“Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və qurumun Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanatında qeyd olunan fikirlər Ermənistan hakimiyyətinə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir”.

Bunu APA-ya Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev sözügedən bəyanatı müsbət sənəd adlandıraraq qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə təkan verəcək: “Bəyanatı təhlil etsək, görərik ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti yaxından izlənilir. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırışın əks olunması, sözügedən magistral yolun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilməsi və bunun beynəlxalq hüququn pozulması kimi göstərilməsi, bu addımın Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilməsi və bunun etimad, sülh və barışıq mühiti yaratmağa kömək etməməsinin qeyd olunması Ermənistan hakimiyyətinin münaqişənin həllində qeyri-konstruktiv mövqeyini göstərir”.İcma rəhbəri ötən ilin sonunda bəyanat müəllifləri ilə keçirilən görüşlərdən də danışıb: “Ötən ilin sonunda icma üzvləri ilə birlikdə Brüsseldə səfərdə olarkən bu bəyanatın müəllifləri Rumıniyanın keçmiş prezidenti, Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Trayan Basesku, Estoniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand ilə çox faydalı görüşlərimiz oldu. Bu görüşlər zamanı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövqeyini bu şəxslərin diqqətinə çatdırdıq. Bildirdik ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi üzündən uzun illərdi ki, münaqişə həll olunmur və azərbaycanlı köçkünlər öz ata-baba yurdlarına geri qayıda bilmirlər”.

Deputat qeyd edib ki, Ermənistan indiyə qədər müxtəlif vasitələrlə beynəlxalq təşkilatları aldatmağa cəhd göstərib: “Təəssüflər olsun ki, bəzi hallarda buna nail olunub. Hazırkı məqamda isə Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti nəticəsində Ermənistanın bu yalanları ifşa olunur. Hesab edirəm ki, bu proses davamlı olacaq və biz Ermənistanın daha çox zərbə aldığının şahidi olacağıq”.




Baxış sayı: 1 209
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30